adalet.az header logo
  • Bakı -°C
04 Iyun 2026 22:42
75
DÜNYA
A- A+

Türkiyə Afrika ilə qarşılıqlı faydalı münasibətlər qurur - Ərdoğan

Türkiyə Afrika ölkələri ilə münasibətlərindəki siyasətini bərabər tərəfdaşlıq, qarşılıqlı hörmət və ortaq fayda prinsipləri üzərində qurur.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Niger Prezidenti Abdurəhamane Tiani ilə birgə mətbuat konfransında bildirib.

Türkiyə liderinin sözlərinə görə, rəsmi Ankara Afrika dövlətləri ilə təkcə ticarət və iqtisadi sahələrdə deyil, həm də təhlükəsizlik, təhsil, mədəniyyət və nəqliyyat kimi sahələrdə uzunmüddətli əməkdaşlıq kontekstində dialoqun inkişaf etdirilməsini dəstəkləyir.

Türkiyə Prezidenti qitədə, xüsusən də Sahel bölgəsində sabitliyi pozan terrorizmin təzahürlərinə qarşı mübarizədə dost və qardaş Afrika ölkələrinin səylərini alqışladığını diqqətə çatdırıb.

“Bu kontekstdə Niger təhlükəsizlik qüvvələri tərəfindən terror təşkilatlarına qarşı aparılan mübarizəni yüksək qiymətləndiririk”, - deyə Türkiyə dövlətinin başçısı əlavə edib.

Rəcəb Tayyib Ərdoğan deyib ki, Ankara və Niamey hərbi təlim və kəşfiyyat sahəsində daha sıx əməkdaşlıq imkanlarını da nəzərdən keçirir.

“Ölkəmizin təcrübəsini Niger ilə bölüşməyə hazırıq. Həmçinin Afrika ölkəsinin nümayəndə heyətinin aparıcı Türkiyə müdafiə şirkətləri ilə keçirəcəyi görüşlərdən müsbət nəticələr əldə edəcəyinə ümid edirəm”, - deyə Türkiyə Prezidenti bildirib.