adalet.az header logo
  • Bakı -°C
04 Iyun 2026 22:40
79
DÜNYA
A- A+

Zelenski Putinə açıq məktub yazdı - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə açıq məktub ünvanlayıb.

Adalet.az xəbər verir ki, Zelenski Putinə müharibənin ədalətli və şərəfli şəkildə - liderlərin neytral ölkədə birbaşa görüşü və həqiqi təhlükəsizlik zəmanətləri ilə başa çatdırılmasını təklif edib.

O bildirib ki, Ukrayna danışıqlar zamanı tam atəşkəsə, eləcə də "hamının hamıya" prinsipi ilə əsir mübadiləsinə hazırdır. Danışıqlarda gələcək razılaşmaların potensial qarantı kimi ABŞ və Avropa ölkələrinin iştirakı da olmalıdır.

Zelenski həmçinin bildirib ki, müharibə dayandırılmasa, Ukrayna müqavimət göstərməyə davam edəcək və Rusiya rəhbərliyini ona son qoymaq üçün qərar verməyə çağırıb. O, görüşün mümkün məkanları kimi İsveçrə, Türkiyə və ərəb ölkələrini qeyd edib.