13 Iyun 2024 04:46
5690
LAYİHƏ

“Uşaqların Narkomaniyadan qorunması” adlı layihəyə start verildi

“Sahibsiz uşaqlara kömək” İctimai Birliyi 01 mart 2024-cü ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaqların Narkomaniyadan qorunması” adlı layihə ilə qalib olmuşdur. Layihəyə 01 iyundan etibarən start verilib. 2 aylıq layihə çərçivəsində təşkilatın (01.06.2024-31.07.2024) əsas məqsədi hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə istər orta məktəblərdə, istərsə də bazarlarda, vağzallarda, küçələrdə əhalinin, uşaqların narkomaniyanın fəsadları, bu bəlanın dəhşətləri barədə maarifləndirilməsidir.

Narkomaniya hər zaman olduğu kimi müasir dövrdə də cəmiyyətin aktual problemlərindən olaraq qalır. Bir ailədə uşaq dünyaya gəlir, valideyn min bir əziyyətlə onu böyüdüb cəmiyyətə yararlı bir vətəndaş etmək istəyir. Lakin bir qrup cinayətkar hər zaman puskudadır. Onlar öz mənafeləri üçün uşaqların, yeniyetmələrin, gənclərin həyatını oğurlayıb, onu yarıda qırırlar.Təşkilat hər zaman olduğu kimi əsas diqqəti yenə də uşaqlara, yeniyetmələrə və onların yanlarında olan insanlara yönəltmək istəyir. Uzun illərdir küçə uşaqları ilə işlədiyimiz üçün bu uşaqlara daha çox qayğının göstərilməsinin vacibliyini bildiriririk. Ümumiyyətlə, layihədə əsas hədəf qrupları uçaqlar və yeniyetmələrdir.

2000-ci ildən bəri küçə uşaqlrı ilə işləyirik. Bu illərdə dəfələrlə yapışqan iyləyən, diş pastasından və d. zərərli vərdişlərə qurşanmış və uçurumun kənarında olan uşaqlarla, onların himayədarları ilə görüşüb onlara yardım etmişik. Bəzi hallarda belə uşaqlar aylarla təşkilatın sığınacağında yaşayıblar.

2024-cü ilin 11 və 12 iyun tarixlərində təşkilat Suraxanı rayonunda yerləşən Milli qəhrəman A.Aqarunovun adına 154 nömrəli ltam orta məktəb də uşaqların narkotikaya qarşı maarifləndirilməsi istiqamətində tədbir həyata keçirmişdir. Tədbirdə Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları Əfqan Ağayev və Əzizağa Rzayev iştirak etmişdir. Eyni zamanda təşkilat 12 iyunda Bakı şəhərinin Binəqədi rayonunda yerləşən 18 saylı peşə liseyində də maarifləndirici tədbirlər həyata keçirmişdir. Tədbirdə Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları Ramil Quliyev və Tural Bayramov da iştirak etmişdir. Fəaliyyətin həyata keçirilməsində bizə Daxili İşlər Nazirliyinin, Təhsil Nazirliyinin, KİV əməkdaşları da yardım etmişdir. Xüsusilə də DİN əməkdaşları ilə demək olar ki, bütün tədbirlərdə birgə maarifləndirici söhbətlər aparmışıq. Eyni zamanda əvvəlki layihələr çərçivəsində biz Qəbələ, Oğuz, Zaqatala, Beyləqan, Lənkəran, Masallı rayonlarında hüqiq-mühafizə orqanlarının əməkdaşları ilə birgə orta və peşə ixtisas məktəblərdə, universitetdə maarifləndirici tədbirlər aparıb, bukletlər, flayerlər, plakatlar paylayıb söhbətlər apardıq. Qeyd edək ki, layihə şərçivəsində biz 40-dan çox tam orta məktəbdə, 4 orta ixtisasa və 3 ali məktəbdə görüşlər keçirmişdir. Bu söhbətləri apararkən bir məqama diqqət etdik ki, biz vacib bir məqmı diqqətdən kənarda buraxırıq. Validenlərlə işi! Bunu nəzərə alaraq, qərara aldıq ki, növbəti bütün layihələrdə valideynlərdə bütün tədbirlərə dəvət olunsun.

Həyata keçirəcəyimiz növbəti layihədə də Bakı şəhərində və Quba, Qusar, Xaçmaz rayonlarında narkomaniya əleyhinə maarifləndirici tədbirlər həyata keçiriləcək. Bütün tədbir DİN əməkdaşları ilə birgə həyata keçiriləcək.

Layihə çərçivəsində əhaliyə narkomaniya problemi ilə bağlı maarifləndirici bukletlər də paylanacaq.