adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

YOLU SADƏCƏ SEVGİDƏN KEÇƏN İNSANg

FƏRİDƏ RƏHİMLİ
54463 | 2015-04-04 09:54
Musiqi dünyasının başı sağ olsun! Çox qiymətli bir incisini torpağa verdik. Doğrudur, inci torpaqda da elə inci olaraq qalır, amma bizlər onun sevgi dolu bəstələrinə, mahnılarına həsrət qalacağıq. O, nurlu üzünü xatırlayaraq köhnə bəstələrini dinləməklə kifayətlənəcəyikg
Türkiyə sənətçisi, türk musiqisi deyəndə ilk ağlıma gələn addı - Kayahan! Yolu sadəcə sevgidən keçən insan - dinlədikcə səsindən insanın içinə yalnız huzur, rahatlıq, sevgi, həzinlik axan sənətkar. Nurlu simasından gələn enerji səsindəki sehrlə birləşərək insanı tilsimləyən müğənnig
Doğum adı Kayahan Açardı. Amma hər kəs onu sadəcə Kayahan kimi tanıdı. Sənəti, varlığı, istedadı, mahnıları, bəstələri isə sevginin, məhəbbətin, ülviyyətin, gözəl hissləring qapılarına əsl Açardıg
Musiqi dünyasına ayaq basan andan, onun bu sahədə bir tapıntı, bir tutiyə olduğunu bəstələri ilə, şarkıları ilə hər kəsə sarı simlərdə anlatmağı bacardı.
Ard-arda çıxardığı albomların devizi dəyişməz qalırdı - hər biri sevgi doluydu. Albomunu "Allah kimsəni sevgisiz buraxmasın" devizi ilə ortaya qoydu. Bir insanın sevgisini, eşqini itirdiyi halda hər şeyini itirmiş olacağını bildirən Kayahan: "Sevgisiz heç bir şey edilməz, hər şeyin başında sevgi dayanır. Yolu sevgidən keçən hər kəslə bir gün bir yerdə görüşəcəyik" deyərdi. Bütün sevənlərin ürəyinə hakim kəsilmiş Kayahan musiqisi həm də onların məsləhət yeri idi: "Sevənləri ayırmayın, sevənlər ayrılmayın" kimi ifadələriylə sevgi anlamına verdiyi önəmi dilə gətirirdig
Onun bəstələrini ən gözəl səsə malik, ən duyğulu ifaya malik sənətçilər səsləndirdi - ilk olaraq Nilufər, İbrahim Tatlısəs kimig
"Könül səhifəm" albomunu ortaya çıxaran Kayahanın albomunda "Sevdaya məxsus", "Kağızdan qayıqlarla", "Söz gözəlim" kimi duygusal parçalarla bərabər "Ölmemmi lazım", "Aman məni unutma", "Tək dəlikli qaval", zəlzələ fəlakəti ilə bağlı yazdığı "17 avqust", qızı Aslı Gönül için bəstələdiyi "Ninni" kimi mahnılar yer aldı. "Ne Oldu Can" albomunu musiqisevərlərin ixtiyarına verdi. "Nə Oldu Can", "Bir Aşk Hikayesi", "Onsuz Olmuyor" parçaları uzun müddət dillərdən düşməyən parçalar oldu və satış rekordları qırdı. Barış Manço için yazdığı "Bugün Aslında Bayram" parçası ilə isə musiqiyə, sənətçilərə sahib çıxmanın vacibliyini bir daha vurgulamış oldu.
Son on beş ildə bütün media tərəfindən hər il bəstəkar, şair və yorumcu kimi bütün mükafatların ödüllerin hamısına layik görüldü. 2003-cü ildə "Altın Kelebek Onur ödülü" və "Ne Oldu Can" albomunun satış keyfiyyətinə görə "Müyap ödülü" aldı. Ölkəsində və xaricdə çox konsert verən Kayahan, 1992-ci ildə yılında 29 Oktyabr Cümhuriyet Bayramı münasibətiylə Ankara Kızılay Meydanında yüz altmış mini keçmiş izləyiciyə verdiyi konsertlə tarixə keçti. Ətrafını, ehtiyacı olanları düşünən və bu mövzudakı duyarlılığı ilə də tanınan Kayahan, insanların bu mövzulara olan marağını artırmaq artırmak məqsədiyla həddən çox yardım konserti verməkdə, könüllü olarak çalışmalara qatılmaqdaydı.
İlk dəfə 1990-cı ildə xərçəngə yaxalanan Kayahan, 2005-ci ildə ikinci dəfə, 2014-cü ildə isə üçüncü dəfə təkrar müalicə gördü. Xərçəng diaqnozu ilə ilk dəfə 1990-cı ildə qarşılaşanda "Yemin Ettim"i yazdığını bildirərək: "Yaşanacaq günümüz varmış, ölüm bir cəza deyildir, mən elə düşünürəm. Dövlət xəstəxanasına getdim, Çapada müalicə aldum. Söylədiklərinə göre 6 ay ömrüm aalmışdı. İndi onların verdiyi müddətin üstünden 21 il keçdi. 10 il önce tekrar etdi, yenə müalicə gördüm" - demişdi.
Bu gün bir incini torpağa tapşırılacaq. Qiyməti get-gedə artaraq, yeri heç unudulmayacaq bir incini.
Könlü sevgi dolu, qəlbi insanlığın gözəlliyi hiss etməsi, anlaması üçün çarpan, səsi sevənlərin ilham dünyasını zənginləşdirən, dili bu dünyanın ən gözəl neməti olan sevgini paylaşan Kayahanı itirdik. Allahın insanlara ən əziz, ən qiymətli nemət kimi bəxş etdiyi eşqi, sevgini insanlara paylamaqdan doymayan, yorulmayan qiymətli bir insanı. Allah rəhmət eləsin!

TƏQVİM / ARXİV