AFFA-nın keçmiş baş katibi 89 yaşında vəfat edib

359 | 2025-03-23 22:02

AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılov vəfat edib.

Bunu Adalet.az-a  jurnalist, Mətbuat Şurasının əməkdaşı İlqar Tağıyev bildirib.

Qeyd edək ki, gələn ay Ç.İsmayılovun 90 yaşı tamam olacaqdı.

    Çingiz İsmayılov martın 18-i səhhətində yaranmış problemlərlə əlaqədar olaraq, xəstəxanaya yerləşdirilib.

    Xatırladaq ki, Çingiz İsmayılov 1935-ci ildə Bakıda anadan olub. 1955–1962-ci illərdə "Neftçi" komandasında, müxtəlif illərdə Bakının və Gəncənin "Dinamo", həmçinin "Neft daşları" komandasında oynayıb.

    TƏQVİM / ARXİV