Rusiya Ukraynaya «Oreşnik» raketi atandan sonra digər NATO dövlətlərinin başçıları kimi özünü batıran Polşa prezidenti Duda gəlib Ermənistanda Göyçə gölündə şalvarını yumağa, sonra da qoşulub Avropadan gəlmiş missionerlərə gəlib bizim sərhədə. Əlinə durbin götürüb bizim ərazilərə baxıb.
«26-lar» filmində belə bir yer var. İngilislər gəlirlər Bakıya, gəmidən töküləndə ingilis eşşəklərinin əsgərlərdən çox olduğunu görüb Şahbazovu gülmək tutur. Dönüb yanındakı erməni milyonçusuna deyir:
- Ədə, bunların dördayaqlıları ikiayaqlılarından çoxdur ki. Dirsəyimi ye!
İndi bu ikiayaqlı missionerlər, əslində casuslar, başda Polşa prezidenti Duda olmaqla bizim ərazilərə baxanda gərək bizim əsgərlər də Dudaya «Dirsəyimi ye» deməyəydilər, ayrı şey yazacaqdım, oxuculardan ayıbdı, bir az mədəni formada yazıram, baş barmaqlarını iki barmaqlarının arasından çıxarıb göstərəydilər Dudaya və deyəydilər ki:
- Ala, ye!

Təəssüf ki, əsgərlərimizin mədəniyyəti buna yol vermir. Onsuz da 44 günlük müharibədə Müzəffər Ordumuz həm Ermənistanı, həm də onun arxasında duran Avropa dövlətlərini, eləcə də Fransanı elə gözəl və möhkəm yedirdiblər ki, hələ də cırılırlar.
Qaldı Dudaya, darıxmasın, tezliklə Rusiya Ukraynaya atdığı «Oreşnik» raketlərini onlara da yedirdəcək.
Görən, onda Paşinyan Polşaya gedib əlinə durbin götürüb Kalininqrada baxa biləcəkmi?
Nə isə, at gəldi örkən apardı, Duda da gəlib Ermənistandan çarıq apardı.
Yazarın digər yazarlar
MİLÇƏK BİR ŞEY DEYİL, AMMA ERMƏNİ KİMİ KÖNÜL BULANDIRIR - Aqil ABBAS yazır
BİRLƏŞMİŞ MİLLƏTLƏR ÇAYXANASI… - Aqil ABBAS yazır
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - SON
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… (Sonuncudan əvvəlki)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - XII (DAVAMI)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - XI (DAVAMI)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - X (DAVAMI)


Bakı -°C
