adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Aqil ABBAS: ƏLİ ƏSƏDOVUN  VƏ CAHANGİR ƏSGƏROVUN NAXÇIVANLILARA  DÜŞMƏNÇİLİYİ  GÖRƏN NƏDƏNDİR?! 

AQİL ABBAS
1162 | 2022-06-13 12:11

Naxçıvan 32 ildir blokada şəraitində yaşasa da, bütün  məhrumiyyətlərə  düçar olsa da sınmayıb. Vasif  Talıbovun rəhbərliyi  və Naxçıvan camaatının  gərgin  zəhməti nəticəsində  həmişə inkişaf edib. Naxçıvanda olanlar bunu çox gözəl bilir. Özü də təkcə  iqtisadi cəhətdən inkişaf etməyib, həm də şəhər və kəndləri  abadlaşıb. Ən ucqar  kəndlərinə belə  Avropa standartlarına  uyğun asfalt yol çəkilir, quru  səhralarda meşələr  salınır, ziyarətgahları, tarixi abidələri hələ demirəm. Turizm  üçün hər  cür şərait yaradılıb.

Və hətta Türkiyə ilə  quru  sərhədi də  açıqdır.

Naxçıvanın  böyük torpaqla bircə əlaqəsi  var- o da hava nəqliyyatı. Bu günlərdə Nazirlər Kabineti qərar  verdi – Naxçıvana  uçan təyyarələrə bilet  10 manat (əslində 20 manatdı gedib-gəlmək var, gedənin də qayıtmağı) bahalaşdı.

Sözün düzü, inanmıram ki, hörmətli Baş nazir Əli Əsədov özü xoşluqla  belə bir qərar versin.  Görünür, AZAL-ın prezidenti (bir ölkədə  nə qədər prezident olar?) Cahangir Əsgərovun təzyiqlərinə  davam gətirə bilməyib.

Ardını da  bəlkə sabah yazdım.

TƏQVİM / ARXİV