adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7

Aqil ABBAS: ERMƏNİ JURNALİSTLƏRİ VƏ BADIMCAN DOLMASI

AQİL ABBAS
87617 | 2019-11-18 09:57

Dünən sevincimdən yata bilmədim. Axır ki hörmətli Elmar Məmmədyarovun rəhbərlik etdiyi Xarici İşlər Nazirliyi Qarabağ danışıqlarındabir uğura imza atdı. Deyirdi ki, ATƏT-in həmsədrləri və ermənihəmkarı ilə Vaşinqtondakı görüşdə kreativaddımlar atdıq, inanmırdıq. Bir həftəbundan əvvəl də dedi ki, Qarabağprobleminin həlli ilə bağlı irəliləyiş var. O irəliləyişin nəolduğunu həsrətlə gözləyirdik , şükürlərolsun, gözümüz çox yolda qalmadı.Düzdür, bu məsələdə hörmətli Lavrovun dazəhmətini qiymətləndirməmək mümkündeyil.

Artıq oşad xəbər gəldi. Ayın 17-də bir qrup erməni jurnalistBakıya gələcək. Düzdür,ermənilər çoxdan Bakını suyoluna döndəriblər, amma bu gəlişalayı gəlişdi. Həqiqətən xəbər məni nə təhərtutdusa, səhərədək yata bilmədim.Dedim madam ki, yata bilmirəmheç olmasa durub təşkilatçılarüçün bir proqram hazırlayım.

Səhər-səhər elə təyyarədən düşən kimi hava limanında gül-çiçəklə qarşılayırıq. Ordan birbaşa Bakı Nəqliyyat Agentliyininən gözəl avtobusu ilə aparırıq «zavtrak»a, xaş yeməyə. Özü dəxaş nə xaş, dodaq bir-birindən aralanabilməz. Özü də mal dırnağı yox, kəllə-paça. Mal dırnağınıbirdən heyvanın dal ayaqlarından hazırlayırlar, heyvan da həmişə dal ayaqlarınapəşo elədiyindən sidik tamı verir.Sizə xaş deyirəm ey, sirkəli- sarımsaqlı. Soğanı belə doğrayırsan, üstünə də Göyçay narısıxırsan, tut arağı da yanında.Qoy görsünlər ki, nəinki onların dədə-babaları, dünyanın heç bir millətinin dədə-babaları belə xaşhazırlaya bilməzlər.

Xaş mərasimibaşa çatandan sonraçıxarırıq dəniz kənarına. Ömürləri boyu dənizarzusundadılar, qoy bir dəniz havası alsınlar.

Dəniz havası xaş havasınıəvəzləyəndən sonra hər biriniteleviziya kanallarımızın səhər proqramlarınadəvət edirik. Onların Dağlıq Qarabağda və ətraf rayonlarda apardıqlarıtikinti-abadlıq işləri ilə bağlısöhbətlərinə qulaq asırıq, Ağdərədəki eşşək yarışından fraqmentlərlə, Paşinyanın Şuşadayallı getməsi süjetləri ilə proqrama bir əlvanlıq qatırıq.

Ondan sonra da yığıb gətiririk Beynəlxalq Mətbuat Mərkəzinə. Orda gözəl bir mətbuat konfransıkeçiririk . Bizim tanınmış jurnalistləri də yığırıq zala. Mehribançılıqvə dostluq şəraitində yarlı-yaraşıqlı bir görüş təşkil edirik.

Daha sonrayığışırıq Mətbuat Şurasına –Ermənistan və Azərbaycan jurnalistlərinin dostluq və qardaşlığı ilə bağlıbir memorandum imzalayırıq, özü dəbeş dildə: ingilis, fransız, rus, azərbaycanvə erməni. Bunu da veririk«Reuters» yayır.

Günorta yeməyində də aparırıq «Çanaqqala»ya, dolma yeməyə. Milli Kulinariya Mərkəzinin rəhbəri Tahirmüəllim də gəlir bir əlli növdolma bişirtdirir. Düzdür, mən cəmiüç-dörd cür dolma tanıyıram -kələm dolması, tənək dolması,pip dolması, heyva yarpağıyla dolma, bir də balıqdolması. Badımcan dolması davar, niyə ona «üç bacı» deyirlər başımçıxmır. Bibərlə pomidoraxanım demək olar, amma day badımcana daxanım demək düz deyil axı,badımcan badımcandı, bəlkə «iki bacı birqardaş» deyək? Badımcan dolması ilə bağlı yaxşı bir anekdot bilirəm, yazılası deyil. Həminanekdota əsaslansaq, badımcan hermafroditdi, yəni onaxanım da demək olar.

Nə isə. Yesinlər,ağızları dada gəlsin, görsünlər əsl dolmanecə olur.

Sonra şəhərimizi gəzdiririk və görürlər ki, İrəvanhardadı, biz harda. Aparırıq İçərişəhərə.İçərişəhərdə təzə tikilən restoran vəkafeləri, çayxanaları görüb həsəddən ürəkləri partlayır. Sonra otelə.İki-üç saat istirahəteləyirlər, təəssüratlarınıyazırlar, göndərirlər İrəvana, Xankəndinə: televizyonlara, qəzetlərə, saytlara, gördüklərini sosialşəbəkələrdə paylaşırlar.

Axşamüstü yenədəniz qırağı, xalqla görüş, kövrəlmələr, şəkil çəkdirmələr . Muğam Mərkəzindəgörkəmli xanəndələrimizin iştirakı ilə möhtəşəm bir konsert. Sonra bir-birimizə qoşulub birlikdə«Ax Sirun, Sirun», sonra da «Sarı gəlin»i oxuyuruq , öpüşün biri bir qəpik. (Eşitdiyimə görə xanımjurnalistlər də olacaq). Ordan daçıxıb gedirik «Torqovı»ya, özlərini Dubaydakı kimi hiss edirlər.

Gecə dəqaldırarıq Telequllənin restoranına,orda da estrada ulduzlarımızın iştirakı iləkonsert və şam yeməyi.

Qoy şandığalarbizim necə qonaqpərvər, tolerantolduğumuzu görsünlər.

Mejduproçim,erməni kilsəsini dəaçmaq olar və səhərigünü də ora ibadətə aparmaq olar, getsinlər ibadət etsinlər. Bir də ki bu erməni kilsəsininiyə bağlı saxlamışıqey, demirik Bakıda 30 minerməni yaşayır , bəs buyazıqlar ibadətə bir yerə getməlidirlər, yoxsa yox?!

Yoruldum, hələlik bu qədər. İkinci gününproqramını da qoy təşkilatçılarözləri fikirləşsin.

Gəl, ay Allahverdi Bağırov, gorun çatlasın!


TƏQVİM / ARXİV