adalet.az header logo
  • Bakı 5°C
  • USD 1.7

AQİL ABBAS: QOYUN ÖLDÜYÜMÜZ YERDƏ ÖLƏK!..

AQİL ABBAS
51612 | 2019-04-02 13:09

Çətindi! Çox çətindi!Bu çətinliyi yaşamayan, nəinki yaşamayan, hətta görməyən bunu anlaya, duya bilməz.Güllə səsi altında, daha dəqiq desək, güllə altında yatırlar, güllə altında oyanırlar,güllə altında əkib-biçirlər, heyvan otarırlar,bəzən özləri bilmədən mina basdırılmış ərazilərə də gedirlər.

Hasarları, darvazaları,pəncərələri, divarları, damları qaçaq Nəbininpapağı kimi güllədən deşmə-deşmədi.Yanmış kəndlərini, evlərini, dağıdılmış qəbiristanlıqlarınıgözlə görə-görə yaşamağın necə böyük bir müsibət olduğunu o müsibəti çəkənlər bilir. Ümidlə, sabahainamla bütün bu çətinliklərə, bu müsibətlərədözürlər.

Hacturalı, Əfətli,Məmmədli, Evoğlu, Qaradağlı, Çəmənli, Baharlı, Bənövşələr, Çullu, İmamqulubəyli… Ağdamın bu kəndləri düşmən gülləsi altında olan kəndlərdi. Təkcə Ağdamın yox, Qazaxın, Tovuzun,Tərtərin, Ağcabədinin, Beyləqanın, Xocavəndin, Füzulinin də cəbhə xətlərində yerləşən camaatı bu məşəqqəti, bu ağrı-acını yaşayır.

Aprel döyüşlərindəyuxarıda adlarını çəkdiyim kəndlər raket atəşinə tutuldu, nə qədər evlər dağıldı, məktəb dağıldı. İnsanlar evlərindəçörək yediyi yerdə, kəndin aralığında getdiyiyerdə həlak oldular. Amma yenə ruhdan düşmədilər.

Bəzən düşmən gülləsi adamı o qədər yandırmır ki, özününkünün atdığı«güllə» səni daha çox yandırır. Qarabağda belə bir deyim var: «Qoyun öldüyümüzyerdə ölək də!» Qoymurlar! Axmıralar, sataşmalar, lağlar, böhtanlar, təhqirlər…«Torpaqlarını qoruya bilmədilər, qoyub qaçdılar»,«Şəhərləri azad olunandan sonra da geri qayıtmayacaqlar», «Bakıda villalardayaşayırlar», «Şəhərin mədəni səviyyəsini aşağı saldılar» və sair və ilaxır.

İkicə fakt. Ağdamınişğal altında olmayan ərazisində 45 min adam yaşayırdı. İndi 90 minikeçib. Dövlət qəsəbələr saldıqca başqa bölgələrdə məskunlaşmış ağdamlılar,hətta Bakıdan da öz doğma torpaqlarına qayıdırlar.

Füzulinin 30 minəhalisi geri qayıdıb, yeni salınmış qəsəbələrdəyaşayırlar.

Möhtərəm Prezidentİlham Əliyev tez-tez cəbhə bölgəsində yerləşən kəndlərdə olur, camaatla görüşür,oturub bir stəkan çaylarını içir, problemlərini, dərdlərini dinləyir.Və o problemlərin həlli üçün sərəncamlar imzalayır. Və birbaşa daözü bu sərəncamların necə yerinə yetirildiyinə nəzarətedir. Bu da həmin bölgədə yaşayan insanların sabaha inamını artırır.

Sözüm bu camaatıöldüyü yerdə ölməyə qoymayan ağzıgöyçəklərədi.«26-lar» filmində belə bir yer var: gözəlbir süfrə, həzin musiqi, stolun üstündə quş südü . İngilis generalı deyir:

-Oturmuşuq Tehranın cənnətguşəsində.

İndi oturmusuz Bakıda,rahat ev-eşikdə. Saytlarda, qəzetlərdə, sosialşəbəkələrdə şər-böhtan yazıb bu camaatın əliniişdən-gücdən soyudursuz. Dövləti, dövlət orqanlarını, məmurları nüfuzdan salmağa çalışırsız.

İşğaldan sonra Ağdamda beş icra başçısı işləyib. Hamısı da yerli camaatdan. Hamısı da dövlətin verdiyi imkanlar qədər, gücləri çatan qədərəhalinin hörmətini qazanmağaçalışıb. Təbii ki, bacardıqları qədər – biri bir az çox, biri bir az az. Əhalisi ölkənin 50-60rayonuna yayılmış problemli insanları yola vermək , buna çatdırmaq…Təkcə Mingəçevir şəhərində on mindən çox ağdamlı yaşayır. Düzdür, onların problemləri ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, həm də yerli icra hakimiyyətləri məşğul olur. Amma onların ən çoxumduğu, dərdlərinin çarəsini axtardığı, əsas üz tutduqları Ağdam rayonununrəhbərliyidi. Od olub özünü yandırsan damütləq giley-güzar olacaq.

Ağdama 6-7 aydı yenibir icrabaşçısı təyin olunub. Uzun illər Qaradağvə Xəzər rayonlarında icra başçısınınmüavini işləyib, böyük bir təcrübətoplayıb. İndi də Möhtərəm Prezident göndərib ki,get öz camaatının problemləri ilə məşğul ol.

Rayonda xüsusi birqrup var, Bakıdan idarə olunur. Onların işi-gücü rayondakı məmurlaramətbuat vasitəsilə hədə-qorxu gəlmək, şantaj eləmək, istəklərini həyatakeçirməkdi. Özü də belə qruplar təkcə Ağdamda yox, elə bütün rayonlarda var.

Buqrup Həsən Sarıyevə də, Nizami Sadıqova da, Raqub Məmmədova da… rayona kim rəhbərvəzifəyə gəlirsə istər prokuror olsun,istər polis rəisi, təhsil şöbəsi, səhiyyə şöbəsinin müdiri … qoymayın, rayonudağıtdılar. Ağdam onsuz da dağılıbda, nəyini dağıdacaqlar?

İndidə Vaqif Həsənov. Özü də bu hücumlar MöhtərəmPrezidentin Quzanlıya səfərindən sonra, qısa müddətdə görülən işlərə verdiyi yüksək qiymətdən sonra daha da artıb, daha dakəskinləşib. Saytlarda, sosial şəbəkələrdə, qoymayın, başçı rayonudağıtdı…

Bubaşçı hələ nə yatdı ki, nə də yuxu görə. Hələkabinetinin üzünü doğru-düzgün görməyib. Çöldə- bayırda, kənddə-kəsəkdə, əhalisi məskunlaşmış rayonlarda. Əvvəldən qalmışproblemlərin həlli üçün Bakıda, nazirliklərdə, komitələrdə.

İcraAparatına da dəyməyib. Kim vəzifəsinin öhdəsindənlayiqincə gəlib işləyəcəksə, qalıb işləyəcəyik, gələ bilmirsə…prinsipi ilə.

Təbiiki, Ağdamda onun da çoxlu qohum-əqrəbası, dostu-tanışı var. Hələ birini də bir vəzifəyətəyin etməyib. Allahla danışaq,heç əvvəlki başçılar da başına qohum-əqrəba yığmayıb. Əslində belə də olmalıdı.Elə bütün ağdamlılar onların qohum-əqrəbasıdır da.

Ammayox, məlum qrup qoymaz işləməyə, əli işdən-gücdən soyutmalıdırlaraxı. Özlərinə tabe etdirməlidirlər axı. Hərləyib-fırlayıb hasdan-pusdan nəsə tapıbşantaj eləməlidirlər axı.

Dəyməyinbu yurdsuz-yuvasız insanlara. Qıymayın, ümidlərini, inamlarını üzməyin!

Qoyun öldükləri yerdə ölsünlər!


TƏQVİM / ARXİV