adalet.az header logo
  • Bakı -°C

Aqil ABBAS: SƏNDƏN ÖZÜMÜZDƏ İT İLXISI QƏDƏRDİ

AQİL ABBAS
73668 | 2020-08-29 16:40
A- A+

Deməli, Ermənistan ordusunun bir zabitini cəbhə xəttini keçib təxribat törətmək istərkən bizim əsgərlər tutublar. Təxribat da edə bilməyib.

Baxıram, onun videomüraciətini bütün saytlar paylaşır. Və sözlərindən belə çıxır ki, guya Ermənistan ordusunda qulluq etmək istəmədiyi üçün biz tərəfə keçib. Və Azərbaycan ordusunu tərifləyir, biz də az qala sıyrılırıq. Deyir ki, döyüş zabitidi, Azərbaycan ordusunda qulluq etmək istəyir və bizə böyük köməklikləri dəyə bilər.

Əvvəla, öz dövlətini, öz ordusunu satan başqa dövləti, onun ordusunu da beşqat satar.

Qaldı özümüzdə sukalar it ilxısı qədərdi, sənə ehtiyacımız yoxdu.

Və oxuyuram ki, məsələ qaldırırlar həmin zabiti Dilqəm və Şahbazla dəyişsinlər. Bu da bir nağıldı, Ermənistan heç vaxt buna getməz. Ermənistanın çox gözü uçurdu bir diversant zabiti üçün. Olmasın 3 milyon ermənidən biri. Dilqəm və Şahbaz onların əlində tuzdu.


Bir də bilirlər ki, çünki bizim yumurtanı vurublar dişlərinə, görüblər laxdı, biz ona ömürlük həbs verən deyilik və balanda yedirdən deyilik: səhər xaş, günorta bozbaş, axşam aş. Sonra da Qırmızı Xaç Cəmiyyəti tumanını başına keçirib gələcək, insan haqları, nə bilim hansı kərtənkələ konvensiyası… Və sonra da üçüncü ölkəyə iadə edəcəyik, o da əvvəl üçüncü ölkəyə yolladığımız erməni əsirləri kimi gedib Avropada əleyhimizə böyük bir kampaniyaya başlayacaq.

Və əslində biz də ona ömürlük həbs cəzası verməliyik. Dilqəm və Şahbazla Şuşa həbsxanasında necə rəftar edirlərsə, hansı işgəncələr verirlərsə, biz də o cür rəftar etməliyik.

Yadımdan çıxmışdı ey, bir Sülh platforması vardı ey, nej oldu?

TƏQVİM / ARXİV