adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

AQİL ABBAS: TƏRBİYƏSİZLİK

AQİL ABBAS
78079 | 2018-05-01 09:40

AŞPA-nın son iclasında Azərbaycanla bağlı məlum hesabatdan xəbəriniz var. Həm bizim millətvəkillərini, həm də AŞ PA-da fəaliyyət göstərəndigər ölkələrin millət vəkilləriniAzərbaycanla bağlı məsələlərdə korrupsiyada və rüşvətxorluqda ittiham ediblər. Özüdə bu ittihamlar dəqiq faktlara yox, kimlərinsə söz-söhbətinə əsaslanır. Hətta onu da nöqsan tuturlar ki, səhər yeməyində süfrəyəbolluca kürü qoyurlarmış. Hər kəsin bir süfrəmədəniyyəti var, səhər-səhər qonağa nə yedizdirəydilər, çil toyuğun çiy yumurtasını? Mən dəfələrlə yazmışam və yenə yazıram, o Avropadan gələnlərəaz kabab yedizdirin, plov yedizdirin. Elə sosiskadan, kolbasadan verin, bir az dapörtləmiş ət, yesinlər, çıxıb getsinlər.

Elə ATƏT bu yemək-içməyin dərdindən 25-26 ildi burdasülənir.

Onlarlamisal çəkə bilərəm. FİFA-nın prezidentindən tutmuş ATƏT-in sədrlərinə qədər korrupsiyada və rüşvətdə ittiham olunublar. Hələölkələrinin prezidentlərini, ya baş nazirlərini demirəm.

İtaliyalıhəmsədr vardı ey, Rafaelli, sonra məlum olduki, hansısa ölkələrdən rüşvət alıbmış. Nəisə…

Ənböyük korrupsiya elə ATƏT-dədi. 26 ildi heç bir zibilə yaramayan bir Minsk qrupu yaradıb, Allah bilir ordan nə qədər pul silirlər.

Deməli,AŞ PA-da 123 nəfər bizim əleyhimizə səs verib(adətən heç 50-60 millət vəkilini bir yerə yığa bilmirlər, amma bu dəfə biliblər ki,Azərbaycan əleyhinə hesabat var, hamısı tökülübgəlib), 9 nəfər lehimizə. O 9 nəfərin də 6-sı bizim millət vəkilləridi,3-ü Türkiyənin. Məni başqa bir şey də maraqlandırır.

Yadınızdadırsa,Praqada Sərkisyan Türkiyənin təmsil olunmadığı bir konfransda qardaş ölkənin əleyhinədanışmışdı. Həmin vaxt bizim Möhtərəm Prezidentimiz ayağa qalxıb Sərkisyanınsözünü kəsmişdi və demişdi:

-Türkiyə yoxdu, mən burdayam!

AŞPA-da gərək ki Türkiyənin 18 millət vəkilivar, onların yalnız 3-ü bizim xeyirimizə səs verib. Görəsən, 15 qardaşımız hardaqırılıbmış? Bizi korrupsiyada ittiham edən AŞ PA cəmi bir ay əvvəl Ermənistan prezidentiSərkisyanı az qala ayaq üstə alqışlamışdılarvə ən demokratik prezident adlandırmışdılar. Buyurun, AŞ PA-nın demokratik prezidenti üç gün baş nazir kreslosunda oturabilmədi – korrupsiya və rüşvətxorluqda ittiham edilərək üzünə tüpürülüb yola salındı.

Buyurun,bu da sizə AŞ PA-nın ikiüzlülüyü.

Gələkən böyük tərbiyəsizliklərinə. Guya gecə saat2-3-dəmi qapılarını döyüblər. Deşikdən baxıbgörüblər ki, iki yarıçılpaq qadın əllərindəşampan. Guya bunlar da qapını açmayıblar ki, sağ olun, özümüz-özümüzü birtəhər yola verərik.

Çoxsöz demək olar. Hər deyilən sözü və belə birtərbiyəsiz sözü AŞ PA kimi mötəbərbir təşkilatın tribunasından səsləndirmək özü ən böyük tərbiyəsizlikdi.

Bunə qədər həqiqətdi, onu heç kimdeyə bilməz. Dünyanın bütün otellərindəbelə qızlara rast gəlinir. Onlar izləyirlər,xüsusilə də xariciləri, ya da babat geyinmiş, sir-sifətindən pul tökülən kişilərivə gecə də gəlib həmin adamların qapılarınıdöyürlər. Bunu Fransada da görə bilərsiniz, İngiltərədə də, Almaniyada, Çexiyada,daha nə bilim hansı xarabaxanada.

Eləbu yaxınlarda Beynəlxalq Valyuta Fondunun adını unutduğum direktorunu otellərinbirində xadiməyə girişdiyinə görə işdən azad edib məsuliyyətə cəlb etmişdilər. Deyəsən,Fransada olmuşdumu, ya hardasa.

ABŞ-ınprezidenti Bill Klintonu da unutmamısınız? Yaxud, İtaliyanın baş naziri Berluskonini! Siyahını uzatmaq olar.

Vəən ağrılısı, dəhşətlisi odur ki, bu tərbiyəsizlərin sözlərinə içimizdə olan tərbiyəsizlər də qoşulub bunu sosial şəbəkələrdəmüzakirə edir, millətimiz haqqında ağızlarına gələni yazırlar. Düşmənin ağzındanvurmaq əvəzinə, düşmənə «pas» atırlar. Dünyanın hər yerində olduğu kimi,təbii ki, bizim ölkəmizdə də «həyat qadınlarına» rast gəlmək olar. Bunlar da olar barmaqla sayılası. Beş-on «həyat qadınına» görə bir milləti aşağılamaq özü elə ən böyük şərəfsizlikdi.

Yorulmadınızmı ilanaağu verməkdən?


TƏQVİM / ARXİV