adalet.az header logo
  • Bakı 21°C

AQİL ABBAS:ELNUR ZEYNALOVUN QARABAĞ HARAYI

AQİL ABBAS
53931 | 2019-04-12 09:24

Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist,istedadlı xanəndə Elnur Zeynalov Xan əminin məşhur «Qarabağ şikəstəsi»nin mətninə bir balaca əl gəzdirərəkoxuyub. Təbii ki, bu da birmənalı qarşılanmayıb. Görkəmli mədəniyyət xadimləri,sənət adamlarının bəzilərinin xoşuna gəlsə də, bəziləri buna etiraz ediblər. Anlaşılandı, hər kəsin fikrinəhörmətlə yanaşıram.

Muğam ustadı Mənsum İbrahimov bu barədə deyir: «BirQarabağ xanəndəsi kimi onun ağrısını başa düşürəm.«Qarabağ şikəstəsi»nə əlavələr edib, bu həqiqətdi. Dediyi sözlər Qarabağ məsələsini, ağrımızı, həqiqətimizigöstərir. Torpağımızın işğal olunmasını işıqlandırır.Bunun ikinci bir tərəfi var, biz işğallabarışmırıq. Mən hesab edirəm ki, bunu təbliğedib yaymaq olmaz».


Əslində Elnur daMənsum müəllimin dediyi kimi, ağrımızı, həqiqətimizi, torpaqlarımızın işğal olunduğunu bir daha dünyayabəyan etmək istəyir. O da işğalla barışmır. Və öz qaymaq səsi ilə xalqı,milləti Qarabağ üstə kökləməyə çalışır.

Axşamüstü Qarabağdan havalanmır Xan əminin səsi… Elnuruvə elə hamımızı ağrıdan budu. Elnurun ayaqaçdığı torpaqda daş-daş üstə qalmayıb. Day xanəndə Hafiz Sədrzadənin azanı eşidilmir. Hafizin Ağdam məscidinin minarəsindənoxuduğu sonuncu azanda Qarabağın bütün faciəsivar. Çox yazmaq olar, yəni Elnur oxuduğu«Qarabağ şikəstəsi»ndə bir daha özünün və hamımızın yaşadığı bu ağrı-acını millətə və dünyaya çatdırmaq istəyib.

Uzun illərdi bir çox müğənnilər və musiqiçilər xalq mahnılarımızı, nəinki xalq mahnılarımızı, hətta bəstəkarmahnılarımızı özləri bildikləri kimi aranjeman edirlər. Çox təəssüf ki, buna Bəstəkarlar İttifaqı da, bizim böyük sənətkarlar da elə bir ciddi reaksiyavermirlər. İndi Elnur da «Qarabağ şikəstəsi»nin sözlərini aranjeman edib də. Bəyənə də bilərik, bəyənməyədə. Şəxsən mən bəyənirəm, Elnura uğurlararzulayıram. Tanrı onun qaymaq səsinə dəyməsin.

P.S. Həm saytımızda, həm də qəzetimizdə həmin mətni dərcedirik və oxuculardan öz fikirlərini bildirməyiarzulayırıq.

Eləcə də Hafiz SədrzadəninQarabağ azanını təkrar saytımıza girib dinləyə bilərsiniz.


TƏQVİM / ARXİV