adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Aqil ABBAS: KOMANDA UDUZANDA ONA ARXA DURMAQ LAZIMDI

AQİL ABBAS
597 | 2021-11-26 13:10

Özü də həm komandanın, həm də baş məşqçinin. Həftədə bir dəfə baş məşqçi dəyişəndə o komanda olmur, nəsə ayrı bir şey olur.

Mən «Qarabağ»ın azarkeşiyəm, amma qəlbimizdə bir «Neftçi» sevgisi var. «Neftçi» də hamımızındır. Vaxtilə «Neftçi» udanda sevincdən ağlamışıq, uduzanda dilxorçuluqdan.

«Neftçi» həm bu ölkənin, həm də bu xalqın qədim komandasıdı.

İndi baxıram, üç oyundu uduzublar, aləm dəyib bir-birinə. Tələb edirlər ki, Samir Abasov getsin. Samir Abasov komandanı çempion eləyəndə çiyninizə almışdınız, indi isə tapdalamaq istəyirsiniz?! Bir az kəmhövsələdi, çılğındı, nəticədə də cəzalanıb, neçə oyundu kənardan izləyir. Mənim fikrimcə, Samir Abasova vaxt verilməlidi, qoy «Neftçi» bu il çempion olmasın, dünya dağılmayacaq ki, «Neftçi» də dağılmayacaq.

Qurban Qurbanov «Qarabağ»a təzə gələndə iki-üç il çempion ola bilmədi. Nə dünya dağıldı, nə də «Qarabağ».

Bu gün «Neftçi»nin azarkeşləri onun yanında olmalıdırlar və daha böyük sevgi ilə, daha böyük qayğı ilə.

P.S. Bir xoş xəbər aldıq. "Neftçi"nin baş məqşçisi Samir Abbasova Müşahidə Şurası vaxt verib. Və biz də inanırıq ki, Samir həm özünü toparlayacaq, həm komandanı toparlayacaq və "Neftçi"nin azarkeşlərini də sevindirəcək. 

TƏQVİM / ARXİV