Bu günlərdə belə bir köşə yazmışdım: ««Yallı» oynaya bilməyənlər». Mən yazımı təkrar etmək istəmirəm, kim istəsə saytımızı açıb oxuya bilər.
«Neftçi» ilə bağlı axırıncı cümləm belə idi ki: “İndi bircə şeyə sevinirəm ki, həmin fərraş çubuğu Samir Abbasovun əlindədir”.
Fikirlərim özünü doğrultdu. Fərraş çubuğu (Naxçıvanda fərraşa «sərpayı» deyirlər, onu da bir dostum yazdı mənə) Samir Abbasovun əlinə keçəndən sonra, nəhayət, doqquz turdan sonra «Neftçi» ilk qələbəsini qazandı. İnanıram ki, bu qələbənin dalı gələcək.
Belə bir məsəl var, çörəyi ver çörəkçiyə, birini də üstəlik. İndi çubuğu verin «Yallı» oynayana və oynada bilənə, birini də üstəlik.

Çox təəssüf ki, neçə «Yallı» oynayan və oynada bilən məşqçilərimiz futbolumuzdan kənarda qalıb. Məsələn, Tərlan Əhmədov, Ramiz Məmmədov, Yunis Hüseynov, Yaşar Vahabzadə və sair və ilaxır.
AFFA-da çubuq tapılmırsa mən bir neçə gərməşov çubuğu göndərə bilərəm.
Yazarın digər yazarlar
MİLÇƏK BİR ŞEY DEYİL, AMMA ERMƏNİ KİMİ KÖNÜL BULANDIRIR - Aqil ABBAS yazır
BİRLƏŞMİŞ MİLLƏTLƏR ÇAYXANASI… - Aqil ABBAS yazır
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - SON
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… (Sonuncudan əvvəlki)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - XII (DAVAMI)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - XI (DAVAMI)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - X (DAVAMI)


Bakı -°C
