adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7

Daha heç kim sevgili olmur - Eminquey yazır

EMİNQUEY AKİF
414 | 2022-11-10 12:47

"Ən çox sevdiyim şeydir flörtləşməkdir", "nə sevgili olmaq, sən Allah, heç vaxt!".

Belə deyirlər.

Ya köhnə bir dostlar, ya da nə bilim, yeni tanış olduğu biriylə uzun-uzun flörtləşdikdən sonra sevgili olurlar.

Ya da bir yerdəcə bitirib yollarına davam edirlər.

Adı "birlikdə olmaq" deyilmiş, amma "flörtləşmək" imiş.

Guyammış insanı özünə baxmasına imkan verən, üzündə gülüş yaradan bir zad imiş.

Sevgili olanda xoşbəxt olmurlarmış, dava-dalaş olurmuş.

Flörtləşmək isə insanı psixoloji olaraq rahatladırmış.

Deməli neyləmələyik? Əvvəlcə flörtləşib sonra da o qəfil nikah masasına oturub evlənməliymişik.

Daha sevgili olmaq yoxdur, flörtləşmək var!

Bütün mahnılardan, mətnlərdən "sevgili" sözünü çıxarıb "manita", "sevgi" sözünü çıxarıb "flörtləşmək" sözünü əlavə edin!

Öpürəm!

Sağ olun, məsuliyyətsiz, bivec insanlar...

TƏQVİM / ARXİV