adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

DOĞRULAR, ƏYRİLƏR - 3 - Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
142690 | 2020-08-17 10:00

(Əvvəli burada)

"EyTürk gəncliyi! Birinci vəzifən; Türk istiqlalını, Türk Cümhuriyyətini, əbədiyyənmühafizə və müdafiə etməkdir.

Mövcudiyyətininvə istiqbalının yeganə təməli budur. Bu təməl, sənin ən qiymətli xəzinəndir.İstiqbalda dəxi səni bu xəzinədən məhrum etmək istəyəcək daxili və xarici bədxahlarınolacaqdır. Bir gün, istiqlal və cümhuriyyəti müdafiə məcburiyyətinə düşərsən, vəzifəyəatılmaq üçün içində olduğun vəziyyətin imkan və şəraitini düşünməyəcəksən. Buimkan və şərait, çox namüsait bir mahiyyətdə təzahür edə bilər.

İstiqlalvə cümhuriyyətinə qəsd edəcək düşmənlər, bütün dünyada əmsalı görülməmiş birqalibiyyətin təmsilçisi ola bilərlər. Cəbrən və hiylə ilə əziz vətənin bütünqalaları zəbt edilmiş, bütün tərsanələrinə (gəmiqayırma zavodu) girilmiş, bütünorduları dağıdılmış və məmləkətin hər guşəsi tamamilə işğal edilmiş ola bilər.Bütün bu şəraitdən daha pis və daha vəhmli olmaq üzrə, məmləkətin daxilindəhakimiyyətə yiyələnənlər, qəflət və dəlalət və hətta xəyanət içində ola bilərlər.Hətta bu iqdidar sahibləri, şəxsi mənafelərini işğalçıların siyasi əməllərilə təvhidedə bilərlər. Millət, fəqri zərurət içində xarab və bitab düşmüş ola bilər.

EyTürk istiqbalının evladı! İştə, bu əhval və şərait içində dəxi, vəzifən; Türkİstiqlal və Cümhuriyyətini qurtarmaqdır! Möhtac olduğun qüdrət, damarlarındakı əslqanda mövcuddur!

Atatürk

Yuxarıdakısətirlər Türk tarixinin yetişdirdiyi və xislətləri bir-birinə oxşayan dördböyük dövlət xadimindən biri olan Atatürkə məxsusdur. Mənə elə gəlir ki, bunuoxumayan Azərbaycanlı tapılmaz, çünki onu Azərbaycanda daha çox sevirlər. OnunAzərbaycana olan sevgisi isə nəhayətsizdir. Şəkkə düşənlər İbrahim HabibSevükün xatirələrini oxuya bilərlər.

Şəksizki, Atatürkü sevməyənlər, hətta ona düşmən olanlar vardır. Mən bunu təbiiqarşılayıram, çünki atalar deyib "barlı ağaca daş atan çox olar".Yaxşı, kimdir Atatürkə düşmən olanlar?

Mənəgörə onu sevməyənlər və ya düşmən olanları dörd qrupa ayırmaq olar. 1. Türkcədanışan, ancaq etnik yöndən Türk olmayanlar. 2. Atatürkün kimliyi, həyatı, millətinə,tarixinə, dininə bağlılığı haqda kifayət qədərməlumatı olmayan cahillər. 3. Sabir babamız demişkən, çağdaş düşüncəyə,müasirliyə, müsbət elmdən hürküb xurafatın quyusunda çırpınanlar. 4. Öz şəxsi mənafeyiüçün vətənini, millətini yadlara sataraq düşmənlərlə əməkdaşlıq edənlər, yənisatqınlar.

Dindarlaryox dinçilər, yəni mərhum Yaşar Nuri Öztürk demişkən, insanları "Allah iləaldadanlar" Atatürkü əsla sevməzlər. Çünki bunlar aydın fikirliinsanlardan cin dəmirdən qorxan kimi qorxarlar. Atatürk "Həyatda ən həqiqimürşid elmdir" demişdi. Müqəddəs kitabımız Qurani Kərimin ilk nazil olanayəti də "Allahın adıyla Oxu!" əmridir. Peyğəmbərimiz də "ElmHinddə də, Çində də olsa axtarıb tapın", Allahın aslanı Hz. Əli də "Mənəbir kəlmə öyrədənin min dəfə köləsi olaram" demişdir. Yəni Atatürk,Allahın, Peyğəmbərin və Allahın Aslanı Hz. Əlinin sözlərinə əməl etmişdir.

Xurafatın qayya quyusunadüşmüşlər Atatürkü sevməzlər, çünki o, "Din daimi olaraq siyasətə, şəxsi mənafeyə,topluma təzyiqə vasitə edilib. Osmanlı tarixində də Abbasilər, Əməvilərzamanında da bu belə idi" demişdir. O, "Din ilə dövlət və dünya işləribir-birindən ayrılmalıdır" demişdir. O, "Hürriyət və müstəqillik mənimxarakterimdir" dediyinə görə xurafatçılar, yəni dindarlar yox, dinçiləronu nəinki sevməz, ona düşməndirlər. Sabir xurafatçı din adamlarına sataşaraq,"Gündə bir fitva verib, məxluqu çox aldatmışam" və ya "Səssalma, yatanlar ayılar, qoy hələ yatsın; Yatmışları razı deyiləm kimsəoyatsın," sözlərindəki düşüncələrini hədər yerə yazırdı?!

Atatürkü sevməyənlər olub, indənbelə də olacaqdır. Atatürk, ümməti millət etmişdi. Ümmətdə padşahın qulunadönmüş güruh vardır. Orda verilən əmrə itaət vardır, əmrin ölkəyə, vətənə, dövlətəziyan verib-verməyəcəyini sual edə bilməzsiniz, yəni ağlınızı və məntiqinizi işəsala bilməzsiniz. Atatürk, dinlə siyasəti bir-birindən ayıraraq dövlətdə hakimolan dini təbəqənin özləri kimi düşünməyən kəslər dahi belə olsalar dövlətəyaxın buraxılmayacağını bilirdi. Ona görə özlərini toplumda ən qabaqcıl dinçigöstərənlər, yəni Allah ilə aldadanlar onu sevməzlər. Halbuki o dini bütöv birinsandı. Elə olmasa öz maaşından Qurani Kərimi təfsir etdirib 20 min tirajlaçap etdirib xalqa pulsuz paylayardımı?!

Onu sevməyənlərdən birinin əməllərinəbaxaq. Onda nə demək istədiyim daha yaxşı başadüşülər.

Mustafa Səbri: Atası dinxadimidir və Tokat vilayətində dünyaya gəlib. İkinci Məşrutiyyət elan edildikdəsiyasətə üz tutaraq buradan millət vəkili seçilib. Həmin il "Cəmiyyətiİttihadiyəi İslamiyyə" adlı dinçi bir cəmiyyət yaradıb. İttihad və TərəqqiPartiyasına daxil olsa da daha sonra dinçi "Hürriyət və Etilaf"partiyasına daxil olaraq İttihad və Tərəqqiyə düşmən kəsilib. İttihad və Tərəqqihakimiyyətə gəldikdə qorxusundan indi Rumıniya sərhədlərində olan Köstəncə şəhərinəqaçaraq canını xilas edib, ordan da Parisə əkilib.

İttihad və Tərəqqi hakimiyyətiitirən kimi İstanbula qayıdıb və Süleymaniyyə Mədrəsəsinə müəllim təyinedilib. Kürəkən Ferid Paşanın ilk hakimiyyətində Şeyxülislam olsa da bir müddətsonra vəzifədən qovulub, Fərid Paşanın ikinci hakimiyyəti dövründə yenə həmin vəzifənitutub, ancaq bu dəfə Ali Məhkəmənin sədrliyini də öhdəsinə götürüb. 25 sentyabr1920-ci ildə, yəni Anadoluda İstiqlal Mübarizəsi yeridilərkən istefaya çıxıb.Azadlıq hərbi qələbə ilə axıra çatdıqda Yunanıstana qaçıb, ordan da İngiltərədənaldığı qızıllara görə Osmanlı dövlətini kürəyinin orta yerindən xəncərləyənHicaz şərifi Hüseynin dəvətilə Məkkəyə, sonra Misirə gedərək Əzhəruniversitetində işləyib və 1954-cü ildə canını zəbanilərə tapşırıb.

Mustafa Səbri Atatürkə vəAnadoluda istiqlal mübarizəsi tərəfdarlarına düşmən kəsilib. Şeyxülislamolduğuna görə Qurtuluş Hərbi tərəfdarı olan Dənizli, İsparta, Uşaq, Burhaniyə,Antalya və Sinap müftilərini vəzifəsindən azad etmişdir.

Padşah Vahidəddin ilə görüşkeçirib sədrəzəm Tofiq Paşanın Anadoluda yeridilən Azadlıq Müharibəsi tərəfdarlarınamülayim davrandığını söyləyərək şikayət etmiştir. Tofiq Paşadan sonra sədrəzəmolan Kürəkən Fərid paşadan da şikayət edərək onun aciz, biliksiz və bacarıqsızolduğunu padşah Vahidəddinə də söyləyərək Azadlıq Hərbini aparanların üstünəordu yeridilməsini tələb etmişdir.

Türkiyənin parçalanıb bölüşülməsininəzərdə tutan Səvr sazişi ilə bağlı olaraq 22 iyul günü Ulduz Sarayındapadşahın rəhbərliyində təşkil olunan Ali Məclis yığıncağında Dürrizadə Abdullahilə birlikdə bu sazişin qəbul edilməsini istəmiş və şeyxülislam sifətilə 10avqust 1920-ci il tarixində həmin sazişi imzalamışdır. Həmin gecə evinə getdikdəhəyat yoldaşı Ülviyyə xanım ağlaya-ağlaya "Sən Allahdan qorxmadın? Peyğəmbərdənutanmadın? İzmirin yunanlılara verilməsinə nə cür razı oldun? İstefaya çıxaydınvə o sazişə qol çəkməyəydin" dedikdə başını aşağa salmaqdan savayı heç nəetməmişdir.

Qırdığı qozlar sadəcə olaraqbunlar da deyil. Boğazlıyan şəhərinin idarəçisi Kamal bəyin öz bölgəsindəüsyankar ermənilərin köçürülməsiylə bağlı aktiv iştirakına görə İngiltərəninişarəsiylə ermənipərəstlər tərəfindən şikayət edilib və Kamal bəyin edamınafitva verən də şeyxülislam rütbəli bu alçaq Mustafa Səbridir. İngiltərə tərəfindan yaradılan Təalii İslam(İslamı Yüksəltmə) cəmiyyətinin idarəçilərindən biri də bu satqındır. Anadoludayeridilən azadlıq mübarizəsi əleyhinə "İqdam" qəzetində 16 sentyabr1919-cu il tarixində yayılan bildirişi mənsubu olduğu cəmiyyətin sədri sifətiləbu adam, müavini İskilipli Məhməd Atif, İttihadı Məhəmmədiyyə cəmiyyətinin sədriSaidi Kürdi (Saidi Nursi) imzalamışdır.

Bu şəxslər Milli mübarizə əleyhindəkifitva və bildirişləri yazaraq yunanlılara vermişlər və onlar da təyyarələrləAnkaranın yaxınlarına kimi göydən xalqın olduğu bölgələrə tullamış və bubildirişlərlə Azadlıq Hərbinin əleyhində çalışmışlar. İstiqlal Mübarizəsiyeridilərkən Adabazarı bölgəsində üsyan edən dinçilərin qışqırdılmasındaonların bildirişləri də müəyyən işləri görmüşdür.

Mustafa Səbri Türk ordusuİzmiri düşməndən xilas edib üzünü İstanbula tutduqda padşah Vahidəddininhüzuruna çıxaraq dinçilər və ermənilərdən təşkil edəcəyi bir orduyla Atatürkünrəhbərliyindəki Qurtuluş Ordusuyla vuruşmaq istədiyini bildirəcək qədəralçalmışdır. Azadlıq Müharibəsi qələbə ilə başa çatdıqda oğlu, iki qızı və kürəkənləriyləəl-ələ verib Yunanıstanın Gümilcinə şəhərinə qaçmış, ölkə xaricinə qaçdıqdansonra da Anadoludakı hakimiyyətə olan düşmənçiliyini ölənə kimi davametdirmişdir.

Mustafa Səbri Azadlıq müharibəsiyeridilərkən bunları yayırdı: "Çoxlu yunan əsgəri öldürməyin, bunun bizəxeyri olmaz, ancaq ingilisləri əsəbləşdirərik. İngilis kimi möhtəşəm bir dövlətəqarşı zəfər qazanmaq mümkün deyildir. Yunan ordusu xəlifənin dostudur, əsl başıkəsiləcək məxluq Ankaradadır!"

Yunanlılar Bursanın Osmanqazi qəsəbəsindəuşaqlar və qadınlar da daxil olmaqla 97 nəfəri məscidə doldurub od vurubdiri-diri yandırıblar. Uşaqlar can hövlüylə pəncərəyə qaçıb dəmirləri sökübçıxmaq istəyiblər, ancaq əlləri dəmirlərdəcə yanıb kül olublar. Və bir vaxtlarOsmanlının şeyxülislamı olan bu insana oxşar məxluq Afinada təsis etdiyi qəzetindəbunları yazmışdır: "Allahın hüzurunda Türklükdən istefaya çıxıram, tövbəedirəm. Ya Rəbb! Məni Türk millətindən sayma!"

Yunanlı jurnalist TasosKostopulos isə xatirələrində yunanlı hərbçilərin hansı vəhşilikləri etdiyinibirbəbir qeyd edib. Ondan bir qeyd: "Ayrıldığımız hər kəndi və şəhəriyandırırıq. əsgərlərimizə, "Nəyi yanınızca götürə bilmirsinizsəyandırın" deyə əmr verilmişdi.

İstiqlal Müharibəsində qələbəqazanıldıqdan sonra əsir yunanlı zabitlərə, "Bu cür vəhşilikləri niyəetdiniz?" deyə sual verildikdə cavabında bunları demişdilər: "İngiliszabitləri bizə o cür əmr vermişdi". Və dağıdılan yərlərin camaatı da həminsözləri demişdilər.

Əziz oxucu, 20 Yanvar, XocalıSoyqırımları tək deyil. Yunanlıların, Fransızların, İngilislərin, İtalyanlarınvə Rusların Anadoluda törətdikləri vəhşilikləri oxuduqda insan insan olmaqdan xəcalətçəkir. Bu vəhşiliklər sadəcə olaraq bizlərə də edilməyib. Uzaq Asiyada,Afrikada, Amerikada və digər yerlərdə də həyata keçirilib.

Ali İmran Surəsi ayət 86: Allahzülm edən bir qövmü hidayətə çatdırmaz.


Seyfəddin Altaylı,

Ankara, altaylı[email protected]


TƏQVİM / ARXİV