Ermənilərin papaları da müraciət etdi - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1251 | 2023-09-20 13:43

Ermənilərin bacısı Makronun ardınca papaları- Roma Papası Fransisk Qarabağda hərbi hərəkətlərin dayandırılması ilə bağlı çağırış edib.

"Bütün dünya cəmiyyətini silahları yerə qoymağa və sülh danışıqları yollarını tapmağa çağırıram"- deyə katolik kilsəsinin rəhbəri bəyan edib.

Görəsən Roma Papası ermənilərin 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal etməsi, bir milyona yaxın insanın doğma yurd-yuvalarından məcburi qovulması, Xocalı qətliamını törədəndə, işğal etdikləri şəhər və kəndlərimizin altını üstünə çevirəndə, tarixi mədəniyyət və dini abidələrimizi daxğdaraq təhqir edəndə harda yatmışdı?

Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 gün ərzində azad edilmiş Qarabağ torpaqlarında Zəfər Qələbısindən sonra da təxribatlar törədən, dinc sakinlərin ölümünə səbəb olan, ermənilərin işğal dövründə bu ərazilərdə basdırılan mina sahələrinin xəritələrini verməyəndə niyə səsi çıxmırdı bu "makronların", "papaların"?

2020-ci il 10 noyabr razılaşmasından sonra da təxribatlar törətməkdə davam edən separatçılara və bölgədə "fəaliyyət göstərən" Rusiya sülhməramlılarına Azərbaycan dövləti tərəfindən dəfələrlə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq , heç bir tədbir görülməməsi, Azərbaycan tərəfini öz ərazilərində terrorçu separistlərə qarşı antiterror əməliyyatları keçirmək məcburiyyəti qarşısında qaldı. Bu əməliyyatların ilkin mərhələsi uğurla həyata keçirildi.

Aldığımız son məlumatlara görə, Qarabağda yaşayan erməni icması Azərbaycan tərəfinin antiterror əməliyyatlarını dayandırması şərtlərini qəbul ediblər və aparılan əməliyyatlar dayandırılıb. Görək ermənilər heç olmasa bu dəfə verdikləri sözə əməl edəcəklərmi, yoxsa daha bir antiterror əməliyyatı keçirməli olacağıq?

 

 

TƏQVİM / ARXİV