adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Gecə klublarının ipləri - Emin Piri yazır

Emin Piri
525 | 2022-04-08 12:50

Hər kəsin yaşam, əylənmək hüququ və.s var şablonlarını kənara qoyuram. Haram pulla gedənlərdi, ya halal maraqlı deyil. Gedənlər qızdı, kişidi, heç o da maraqlı deyil. Əminəm ki, heç siz də onlara maraqlı deyilsiniz. Yaxşı xətrinizə dəyməsin, siz olmayın, mən maraqlı olmayım. Di, rahatlaşın.

Siz allah, gözə girmək naminə nə müasirlik donuna girməyə, ( əslində niyə özünüz yaxşı bilirsiniz) nə də əxlaq nümunəsini öz üzərində nümayiş etdirməyə gərək yoxdur.( necə deyərlər, pinqvinlər istəsə də uça bilmir)

Gecə klubları olmalıdır, normaldır, anormaldır, heç də o da müzakirəmçün maraqlı deyil.

Hə, maraqlı olan bilirsiniz nədir? Xüsusi əl vasitəsiylə gecə klublarının müdafiəsi, təbliğatı gedir. İndiyə kimi heç bir kitabxananın, teatrın, ədəbiyyatın, elmin o klublar kimi təbliğatı olmayıb.

Hə, dediyim kimi ordakıların, nə də qıraqdakıların nə geyimi, nə də geyimməməyi maraqlı deyil.

Əsl maraqlı olanı dedim də?

Sizsə qırın ki, kim hara gedə bilər, ya yox. Amma arada düşünün, bu həngamə içində nəyin təbliğatı, nəyin biznesi gedir?!

Bu məsələyə, belə mövzulara münasibət bildirməyi, qınamaqdan, müdafiəyə kimi ayıb bilirəm.

Ayıb olmayanı müzakirə edin, 14 yaşlıların orda nə işi var?

14 yaşlı oğlanlar varsa deməli oradan yolu "salındırılan" 14-15 yaşlı qız uşaqları da var.

Bax, müzakirə olunası budur!

Kim istəyir əylənsin, kim istəyir ibadətini eləsin.

Hə, bir də kitabxana, elm, ədəbiyyat, teatrın heç zaman belə təbliğatı getməmişdi. Görəsən, hansı barmaqdı kuklanın üzərindəki ipi oynadan?

 

 

TƏQVİM / ARXİV