adalet.az header logo
  • Bakı 25°C
  • USD 1.7

Hadi, görəlim sizi - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
51103 | 2019-03-12 14:39

Bü günlərdə Milli Məclisin Əmək və sosialsiyasət komitəsinin sədri Hadi Rəcəblinin uşaq pulları ilə bağlı fikirlərinioxudum. Cənab Rəcəbli deyib ki, hazırda 18yaşadək olanlar üçün uşaq pulunun bərpası gündəmdə yoxdur və o, hesab edir ki,dövlət uşaq pulu verməli deyil. Daha sonra cənab Rəcəbli bir qədər daha irəligedərək deyib: "Bu, belə ola bilməz. Uşaq pulu bərpa olunsa, varlı-kasıb hamıyabu müavinət verilməlidir. Axı aztəminatlı ailə ilə imkanlı ailəni bir tutmaqolmaz, dünyada belə texnologiya yoxdur.” 1

Bu yerdəTürkiyə türkləri kimi "Hadı ya” deməkdən özümü saxlaya bilmədim. Məəttəlqaldım ki, Hadı müəllim hardan o qənaətə gəlib ki, dünyada belə texnologiyayoxdur? Var, həm də çox yerdə və mənindi bunlardan ancaq birini yazacam. Bu barədə fb səhifəmdə yazmışdım, bir də burda yazım, bəzi əlavələrlə.

Məsələn, Niderlandda yaşı 18 – dən aşağıolan hər bir uşaq üçün dövlət uşaq pulu verir. Uşağın valideynlərinin maddidurumununməsələyə heç bir aidiyyatı yoxdur, ona görə ki, bu pul UŞAĞA, yənionun ehtiyaclarına xərclənmək üçün verilir, valideyn(lər) üçün deyil . Sözü gedənpul o vaxt verilmir ki, məsələn, uşağın (16 yaşdan yuxarı olanlar) qazancı(burda uşaqlar işləyə bilərlər) kvartalda ən azı 1 296 avro olsun. Yay tətili vaxtı isə uşaqbu məbləğdən əlavə 1 330 avro, yəniümumilikdə 2626 avro qazana bilər və bu məbləğdən çox qazanmayacaqsa uşaq pulukəsilməyəcək.

Aşağıda sizlərə burda verilən uşaq pulununməbləğni yazıram və qeyd edim ki, rəqəmlər bir bir uşaq üçün və bir kvartalagörə göstərilib:

0 – 5 yaş arası - € 219,97

6 – 11 yaş arası - € 267,10

12 – 17 yaş arası - € 314,242

Xüsusi qeyd etmək istəyirəm ki, ailədə fizikiəngəlli uşaqlar olduqda və digər bu kimi hallarda uşaq pulları artır.

Bundan əlavə isə aylıq verilən uşaq puluvar ki, orda valideynin maddi durumu rol oynayır. Əgər ailənin gəliri minimum əməkhaqqından yüksəkdirsə bu uşaq pulu verilmir, aşağı olduğu halda isə verilir. Məbləğ uşaqların sayından aslıdır.

Indi ki, söhbət uşaqlardan düşdü, bəzi əlavələrdə etmək istəyirəm. Niderlandda hər birbələdiyyənin xüsusi fondu var. Gəliriaşağı olan ailələr bu fonddan yararlana bilərlər. Məsələn, idmana, kinoya,teatra və.s. getmək istəyənlər ödədikləri pulun qəbzini bələdyyəyə müvafiqformada təqdim etməklə pullarını geri ala bilərlər. Əlbətdə ki, verilən məbləğin də bir aşağı və yuxarı həddivar və bu hədd bələdiyyədən aslı olaraq dəyişir. Ümumi götürəndə isə məbləğ biradam üçün (həmçinin böyüklər) bir ilə görə150 avrodan aşağı olmur. Əgər 18 yaşına kimi hər hansı bir uşaqüzgüçülüklə məşğul olmaq istəyirsə onun pulu da ödənilir və ödənilən bu məbləğin yuxarıda qeyd etdiyiməaidiyyatı yoxdur.

Gəliri aşağı olan ailələr üçün başqa (yardımedən) təşkilatlar da var ki, onlar barədədə qısa məlumat vermək istəyirəm. Ancaq bu yerdə Hadı müəllimə müraciət edərək demək istəyirəmki, əgər dəyərli Hadı müəllim aztəminatlıailə ilə imkanlı ailəni bir tutmaq istəmirsə,aztəminatlı ailələr üçün bu kimi təcrübələrdən də yararlanmaq olar. Əgər Hadı müəllim

istinad etmək üçün bir təcrübəyə söykənməkistəyirsə, bildirim ki, Niderlandda belə bir təcrübə mövcuddur.

Sözünü etdiyim təşkilatlara çox müxtəlifməqsədlərlə müraciət edilə bilər. Məsələn, övladın idmanla məşğul olmaq istəyirvə bələdiyyə fondunun ayırdığı pul buna kifayət etmirsə. Bələdiyyə fondununayırdığı pulu idmana sərf etmisən və övladın hər hansı bir musiqi məktəbinəgetmək istəyirsə. Övladına velosipedlazımdırsa (ki, burda çox vacibdir) və sənin bunu almaq imkanın yoxdursa. Övladınınməktəb xərcləri (vacib olanlar) üçün və.s.

Bura çox əlavələr etmək olar, nə çoxburdakı təşkilatlar ki, aztəminatlı ailələrə yardım edirlər. Niderlandda da Hadı müəllim kimi aztəminatlıailə ilə imkanlı ailəni bir tutmaq istəməyənnəcib insanlar var. Ancaq Hadı müəllimdən fərqli olaraq burda balansıaztəminatlı insanların uşaq pullarını kəsməklə deyil, onlara yardım etməkləqorumaq istəyirlər. Çünki balans məhz belə qorunar, məncə.

Bu yazıya çox əlavələr edə bilərəm: 18 yaşına qədər olan uşaqlara tibbi sığorta (yənisəhiyyə xidmətləri), kitabxaya üzv olmaq və.s. pulsuzdur. Uşaqların özlərinin işləməkvə pul qazanmaq imkanları var və.s.

Niderlandda bütün bunları ona görə edirlərki, bunlar gələcək üçün sağlam nəsil yetişdirmək istəyirlər. Burda düşünürlərki, uşaqların sağlam qidalanmağa, yaxşı geyinməyə, yaxşı təhsil almağa, idmanlaməşğul olmağa və.s. haqları var. Burdadüşünürlər ki, ölkə uşaqlara diqqət göstərməlidir. Burda düşünürlər ki, uşaqlarbu ölkənin gələcəyidir. Burda düşünürlər ki... Yox, burda tək düşünmürlər, həm də düşündüklərini həyata keçirdirlər. Bəli,burda çox şey düşünür, çox şeylər edirlər, ancaq mövzumuz o deyil, qayıdım mövzumuza.

Qeyd etdiyim kimi, çoxdur, Hadı müəllimə nümunə gətirə biləcəyim məqamlarçoxdur. Ancaq yazını uzatmaq istəmirəm.Bunları da yazmazdım, Azərbaycanla Niderlandı müqayisə etmək fikrində dədeyiləm. Sadəcə oxuduqlarımdan belə nəticəyə gəldim ki, uşaq pullarını bərpaetməyə təşəbbüs göstərmək üçün Hadı müəlliməistinad yeri lazımdır, ona görə yazdım.Bu da olsun Hadı müəllimə istinadyeri. İndi təşəbbüs qaldırın uşaq pullarının verilməsi ilə bağlı. Yenə də Türkiyə türkləri demişkən, hadi, görəlimsizi.

Vüqar Abbasov. Niderland.

[email protected]

1mənbə: https://oxu.az/society/302947

2mənbə: www.svb.nl


TƏQVİM / ARXİV