adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Həllac Mənsur... nəfsin qatili! - Aydın Canıyev yazır

AYDIN CANIYEV
58226 | 2020-07-07 09:20

Elə deyirlər - elə yazırlar, yalandısa da, gözəldir, doğrudursa da gözəldir, düşünməyə dəyər.

DEMƏLİ,

Həllac Mənsur... bir ay aclıq etməyi qarşısına məqsəd qoyurmuş, orqanizmi zəifləyəndə mədəsi onu incitməyə başlayanda... sür-sümükləri atırmış ac itlərin qabağına! İtlər bir-birini diddikcə sümük üstündə, mədəsinə deyirmiş:
- Sən it mədəsi deyilsən e, Həllac Mənsurun mədəsisən, (səhnəyə işarəylə) bunun üçünmü məni incidirsən?
Və... çox rahatlıqla səhnədən sonra iştahası itirmiş!

***
Dövrün və ümumilikdə bəşərin bilgin adamlarından olan Həllac Mənsura nə yollasa istəyirlər ki, qızıl versinlər, qızıl gətirəni oturdur, çağırır acından günorta duran kasıbları əməlli-başlı palçıq gölməçəsi yaradır və ona verilən qızılları atır o palçığa. Nə təhər özlərini palçığa vurub qana bələməklərinə tamaşa edəndən sonra, qızılları ona vermək istəyənə deyir:
- Fərqim yoxmu?

Nəfsin qatili olmağı həm düşüncən, həm canın (orqanizmin bütün digər üzvləriylə birgə) bacarmalıdır! Əlbəttə ki, sən Tanrıya ucalmaq istəyirsənsə... məqsədin arvad-uşağın, qohum-əqrəbanın kişisi, mahalın hampası olmaq deyilsə!

Dünyada Yaradanın rizvanı... hətta dünyanın fatehi olmaqdan daha əfzəldir!


TƏQVİM / ARXİV