adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Hərşeyşünas hərbi ekspertlər - Emin Piri yazır

Emin Piri
14579 | 2022-01-05 15:26

Verilişlərdən birinə dəvət etmişdilər. Mövzunun nə olduğunu soruşdum;

 

-Gəlin-qaynana və bu kimi ailə münasibətləri.

 

-Subay adamam, bu barədə münasibət bildirəcək sonuncu adamam;-söylədim.

 

-Şair adamsan, gəl, nəsə danış.

 

Təbii ki, getmədim. Sonradan marağa həmin verilişəbaxdım. Yaxından-uzaqdan əlaqəsi olmayan adamlar o verilişdə qonaq idi. Ailə haqqında danışacaq ənsonuncu şou adamları…

 

Hə, bir –iki subay gənc şair də gəlin və qaynanaya aid məsləhətlər verirdi.

 

O şairlərçün verilişin, mövzunun nə olması önəmlideyildi. Onlara lazım olan məni “görsünlər”di. Mən dəvaram, məni ciddiyə alırlar, hətta efirlərə dəvət edirlər- və.s kimi eqo tələbatı. Ya da yarımçıqlıq kompleksi.

 

Bu verilişlərə aid olmadığı halda qonaq olanlar və yahər hansı məsələyə münasibətim olsun deyə, təki məni görsünlər deyə danışanlar hər hadisənin mahiyyətini dəyişir, bayağılaşdırır, həqiqətdən uzaqlaşdırır.

 

Yazının önündə niyə bu hadisəni qeyd etdim?

 

Son olaylar kimi. Aid oldu-olmadı, başı çıxdı-çıxmadı, hamı ekspert olur. Sanki mən bilirəm, mən bacarıram, mən daha çox ağıllıyamı isbatlamaq hərisliyi.

 

Bəli, maraqlana bilərsən, ürəyin ağrıya bilər, həssas olabilərsən, amma ekspert kimi ehkam kəsmək nədir?

 

Son zamanlarsa hər kəsin içində bir hərb ekspertlik boy qaldırıb.

 

Ümumiyyətlə, hərbi-siyasi məsələlərə münasibətbildirməməyimin səbəbi elə adlı-sanlı hərbi-ekspert və.s kimi təqdim edilənlərin mənə görə 90% haldahəqiqətdən kənar olmasıdır. Durub nəsə bildirsən, fikirlərinə əks münasibət göstərsən, bazarlarınagirdiyinə görə səni sözün əsl mənasında doğrayarlarşər-böhtanla.

 

Onsuz da müharibə gündəliyində hər mövzunu incəştrixlərlə mətndə verirəm.Bəzilərini dolayı yolla, bəzilərinə bəddi sözlərlə və.s. Nələrisə nəzərə alaraq…

 

Belə mövzulara ehkam kəsməyi isə özümü tam hazır saymıram.

 

Gələndən izləyirəm, müharibə haqqında, müharibədən sonra haqqında elə analizlər ortaya çıxır ki, vallah, hansı müharibədən danışdıqlarından xəbərsizəm.Ümumiyyətlə,onların çoxunun dediyinin Qarabağdakı müharibəyə aidiyyatı yoxdur.


Sən niyə axı hərşeyşünas olmağ çalışırsan? Hansısa tibb məsələsində həkim, seçkilərdə seçki mütəxəssisi, debatlarda siyasətçi, hərbi-siyasi məsələlərdə hərbi ekspert...Hərşeyşünas olmaq istərkən heçnələşirsən, əziz dostum.

TƏQVİM / ARXİV