adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

"İşğal vadisi" romanı

FƏRİDƏ RƏHİMLİ
20259 | 2015-02-20 08:05
Dünən Beynəlxalq Mətbuat Mərkəzində qəribə bir mühit yaranmışdı. Adətən jurnalistlər gur olan yerdə səs-küy daha çox olur. Kimsə zarafat edir, kimsə hal-xoş, bir başqası da özündən, zəmanədən asıb-kəsir. Elə bil ki, qəzetçilərin əlinə bu mühitdə özünü göstərmək imkanı düşür və onlar da bunu peşəkarcasına istifadə edirlər. Amma dünən vəziyyət heç də belə deyildi...
Bəli, dünən Beynəlxalq Mətbuat Mərkəzində bir sükutu xatırladan, bir az da nostalji çalarları büruzə verən qeyri-adi mənzərə var idi. Bir də maraqlısı bu idi ki, həmin tədbirə qatılanların böyük əksəriyyəti sözün həqiqi mənasında Azərbaycan jurnalistikasının kötükləri, dayaqları idilər. Təbii ki, bu da səbəbsiz deyildi. Tədbirə qatılanları bir araya cəm edən tanınmış jurnalist, "Səhər" qəzetinin baş redaktoru Məzahir Süleymanzadənin dediyi kimi, "müəllim-ustad Yusif Kərimov" - idi! Yəqin ki, artıq söhbətin nədən getdiyini hiss etdiniz. Ona görə də BMM-dəki tədbirin səbəbini və mahiyyətini diqqətinizə çatdırmağa çalışacam. Hər halda, artıq informasiya vasitələrinin verdiyi məlumatdan da bildiyiniz kimi, Azərbaycanın tanınmış jurnalisti, yazıçı-publisist Yusif Kərimov bugünlərdə özünün "İşğal vadisi" tarixi romanını yazıb nəfis kitab şəklində çap etdiribdi. Yüksək poliqrafiya nümunəsi olan bu kitabın təqdimat mərasimi də məhz dünən BMM-də gerçəkləşdi. Tədbiri giriş sözü ilə Azərbaycan Mətbuat Şurasının sədri Əflatın Amaşov açdı. Əflatun müəllim iştirakçsıları salamladıqdan sonra vurğuladı ki, bir neçə gündən sonra xalqımızın həyatında ən ağır məqamlardan biri olan, tariximizin qanlı səhifəsindən kimi yaddaşımıza köçmüş Xocalı soyqırımının 23 illiyi qeyd olunacaq. Biz 23 ildir ki, bütün dünyaya həmin soyqırımı tanıtmaq istiqamətində həm siyasət, həm də mədəniyyət, mətbuat, ədəbiyyat sahəsində genişmiqyaslı işlər görürük. Həmin işlərin arasında qocaman jurnalistimiz, Mətbuat Şurasının Ahıl Jurnalistlərlə İş Qrupunun rəhbəri Yusif Kərimovun sizə təqdim etdiyimiz "İşğal vadisi" tarixi romanıdı. Əsərdə Azərbaycan tarixinin 1813-cü ildən üzü bugünə qədər keçdiyi yolun ən önəmli məqamları işıqlandırılır. Elə faktlar yazıçı-publisist dili ilə ortaya qoyulur ki, onların bəzilərini oxucular ilk dəfə oxuyacaqlar. Bu mənada gərgin bir işmin öhdəsindən uğurla gəlmiş çox hörmətli Yusif müəllimi təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.
Mətbuat Şursanını sədri fürsətdlən istifadə edib Xocxalı qətliamı ilə bağlı MŞ-nın bugünlərdə gerçəkləşdirəcəyi məsələlərdən də bəhs etdi. Qardaş Türkiyəyə ediləcək səfərləri, həmçinin oradan Azərbaycana təşrif buyuracaq jurnalistlərin qarşılanıb əməkdaşlıq mübadiləsi ediləcəyi barəisndə də bilgi verdi.
Tədbirdə çıxış edən Məzahir Süleymanzadə Yusif Kərimovla bağlı ürəyindəki arzu və istəkləri dilə gətirirkən bildirdi ki, biz bu romanda Yusif müəllimin obrazını müəyyən qəhrəmanların fonunda gördük. Onun keşmə-keşli həyatı ailədə, cəmiyyətdə yaşadıqları yva birbaşa, ya da sətiraltı bu romanda öz əksini tapıbdı. Yusif Kərimov bizim üçün həm ustad, həm də müəllim olubdu. Məzahir Süleymanzadənin fiikrlərini davam etldirən MŞ-nın üzvü Umud Rəhimoğlu da Yusif müəllimlə bağlı fikirlərini dilə gətirərək onun həm "Azərbaycan gəncləri" qəzetindənki gərgin fəaliyyətindən, həm də son illərdə MŞ-dakı çoxşaxəli işindən söz açdı. Xüsusi olaraq vurğuladı ki, Yusif müəllim özünün qayğılarının çox olmasına baxmayaraq, yaşlı, təqaüddə olan imkansız jurnalistlərə demək olar ki, ev-ev baş çəkir, onların problemləri ilə maarqlanır və ən azından onlara bir həmkar diqqəti göstərir. Bunun üçün Yusif müəllimin qarşısında baş əyir, onun ustad əlindən öpürəm.
"Paralel" qəzetinin baş redaktoru, MŞ-nın üzvü Tapdıq Abbas Yusif Kərimovun bir juranlist kimi əmək fəaliyətinə keçmiş Jdanov (indiki Beyləqan) rayonunda başladığını, orda hər kəsin hörmətini qazandığını, xüsusi olaraq rayonun və bölgənin tarixi ilə, orada yaşayan insanların səcərəsi ilə, folkloru ilə maraqlandığını və bunu öz yazılarında ifadə etdiyini söylədi. Tapdıq Abbas bildirdi ki, ilk dəfə olaraq Yusif Kərimov Azərbaycanın Arazbasar bölgəsi ilə bağlı araşdırmalar aparmış və onu samballı bir əsərə çevirmişdi. Növbəti çıxışçı Şəfəq Nasir həmkarlarının fikirlərinə şərik olaraq əlavə etdi ki, o da bir beyləqanlı kimi Yusif müəllimi hələ orta məktəb ilərinldən tanıyır, onun yazılarını rayon qəzetindən oxuyur və bu gün də fəxr edir ki, bu cür ustad müəllim, tanınmış ziyalı olan Yusif Kərimovun oxucuları sırasında onun da yeri var və o, "İşğal vadisi" tarixi romanında Azərbaycan tarixinin çox dəyərli və gerçək məqamları ilə baş-başa qalıbdı.
Bəli, BMM-də çıxış edən dəyərli söz, mətbuat adamlarının hər biri öz növbəsində Yusif müəllimin özü, fəaliyyəti və əsəri barəsində ən xoş sözləri dilə gətirdilər. Sonda müəllif, yəni yazıçı-puğlisist Yusif Kərimov iştiaksılara, xüsusilə MŞ-ya öz dərin təşəkkürünü bildirərək onu da əlavə etdi ki, göstərilən diqqət və qayğını onu daha da ruhlandırır və inşallah yeni-yeni yazıları, əsərləri ilə həmişə oxucuların və Azərbaycan xalqının xidmətində durmaq onun üçün ən şərfəli bir vəzifədir.

TƏQVİM / ARXİV