adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Kitablar, rəylər Bir ömrün iziylə

VAQİF YUSİFLİ
21721 | 2019-03-15 18:08

Azərbaycanın XX əsrdə yetirdiyi böyük şəxsiyyətlərdənbiri – akademik Heydər Hüseynov... Onun həyatı, dramatik və faciəli ömür yolu haqqında çox yazıblar və zamankeçdikcə Heydər Hüseynov fenomeni hələ çox araşdırılacaq. Amma filologiya elmlər doktoru, professor FəridəSofiyevanın "Bir ömrün iziylə” kitabı bu gün Heydər Hüseynov haqqında indiyə qədərməlum olmayan həqiqətləri bizə təqdim edir və bu kitabı oxuyandan sonra birdaha yəqin edirəm ki, doğrudan da Heydər Hüseynovу zəmanə bir də yetirməz. Bufikrin üzərində möhkəm dayanıram, demək istəyirəm ki, o, XX əsr Azərbaycanictimai fikir tarixində, fəlsəfə, tarix, ədəbiyyat sahəsində ən nüfuzlu şəxsiyyətlərdənbiri olmuşdur. Doğrudur, o, marksizim, leninizm ideologiyası, komminist məfkurəsiilə sıx bağlı idi, lakin heç bir ideologiya insanın içindəki vətənpərvərlikduyğusunu, Vətən eşqini söndürə bilməz. Heydər Hüseynov cəmi 42 il yaşadı,yaradıcılığının ən parlaq,ən pik nöqtəsində onu intihara sövq elədilər.

Fəridə Səfiyevanın kitabı haqqında söhbətə də elə ofaciəli, o müdhiş məqamlardan başlamaq istərdim. "XX əsr Azərbaycan ictimai fəlsəfifikir tarixindən” monoqrafiyası Heydər Hüseynovun şah əsəri idi – bu əsərdəHeydər Hüseynov qədim dövrdən başlayaraq XIX əsr də daxil olmaqla Azərbaycanfikir tarixini araşdırır.Bu əsər Azərbaycanda fəlsəfə tariximizə aid ilkmonumental əsər idi. Məqsəd bu idi ki, qədim kökləri olan bir millətin mədəniyyətinidünyaya çatdırsın. Özü də bu əsərdə XIX əsr Azərbaycan mədəniyyəti, əsasən beçklassik sənətkarın yaradıcılığı qətiyyən o dövrdə dəbdə olan belə bir fikirlə məhdudlaşmırdı– Azərbaycan mədəniyyəti, fəlsəfi fikir dünyası rus ədəbiyyatı və fəlsəfəsi iləsıx bağılıdır, əksinə, Heydər Hüseynov böyük bir məntiqlə izah edirdi ki, XIX əsrmədəniyyəti orta əsrlər Azərbaycan mədəniyyəti üzərində böyüyüb, inkişaf edib.Və həmin əsərdə Heydər Hüseynov XIX əsrin böyük mütəfəkkirləri – M.F.Axundov,H.B.Zərdabi, S.Ə.Şirvani, İ.Qutkaşınlı, A.A.Bakıxanov, M.Topçubaşov, M.Kazım bəyhaqqında geniş məlumat verir, onlarınyaradıcılığından ətraflı söz açır. Laki... həmin əsərdə,IV fəsildə, cəmi beşcəsəhifə Heydər Hüseynov başına olmazın işi açır. Heydər Hüseynov "Mirzə Kazım bəy”nin- Rusiya şərqşünaslıq elminin banilərindənbirinin həyatına və elmi fəaliyyətini canlandırır. О, bundan öncə də MirzəKazım bəyin əsərləri barədə məqalələr yazmışdı. Ancaq monoqrafiyada o, MirzəKazım bəyin Şex Şamil Нaqqında yazılarına da toxunur, o da Mirzə Kazım bəy kimiŞex Şamilə - rus inperiyasına qarşı azadlıq hərəkatının başçısına rəğbətinigizlətmir. Əsər kitab kimi çapdan çıxandan sonra müəllifin ünvanına xeyli tərifləryağdırılır (həm mətbuatda, həm də şəxsən özünə). Heydər Hüseynov bu kitabdanbir nüsxəni, SSRİ Yazıçıları İttifaqının baş katibi, Stalin mükafatları üzrəkomitənin sədri A.Fadeyevə də göndərir. Fadeyev Heydər Hüseynovu tanıyirdı,onların dostluğu hələ 1947-ci ildə,Nizaminin 800 illik yubiley tədbirlərizamanı başlamışdı. Fadeyev H. Hüseynovun kitabına SSRİ-nin ən yüksək mükafatınatəqdim edir. Ancaq Azərbaycanın hakimi-mürləqi M.C.Bağırovun bundan xəbəriolmur.


F.Səfiyeva Mir Cəfər Bağırov - Heydər Hüseynovmünasibətlərinə də toxunur. Bağırovun bu kitab qədər H. Hüseynova böyük rəğbətivardı – Təsəvvür edin, Heydər Hüseynovun ictimai elmlər sahəsində liderəçevrilməsində Bağırovun heç bir maneçiliyi olmayıb, o, hətta istəyirmiş ki, H.Hüseynov MK-da ideologiya üzrə katib işləsin. Ancaq H. Hüseynovu gözü götürməyənlərdə vardı və onlar Şamil hərəkatı ilə bağlı o beşcə səhifəni ifşa kompaniyasınaçevirirlər. Halbuki, Azərbaycan вя диэяр республикаларын elmi ictimaiyyəti ən üzdə олан tarixçilər,filosoflar (Bertеls, M.Arif, M.Hüseyn, Ə.Sumbatzadə, H.Araslı, Ə.Quliyev, Bakradze,M.İbrahimov, Krunss (Еsroniya) ) və başqa alimlər əsəri yüksək qiymətləndirir,onun Stalin mükafatına layiq olduğunu söyləyirdilər. Ancaq o beşcə səhifəM.C.Bağırovu, ondan daha yuxarıda – Kremldə əyləşən M.Suslovu əsəbləşdirir və beləliklə, "ifşa kompaniyası” sürətgötürür. Bu ifşada MK-nın ideoloji katibi H.Həsənov xüsusilə fəallıq göstərirdi.Alimin ağır günləri başlayır. Bağırovun bir vaxtlar rəğbət bəslədiyi HeydərHüseynov onun qəzəbini son həddə çatdırır. Bağırov G.M.Malenkova yazdığı məktubdaHeydər Hüseynovun kitabının Azərbaycanda ictimai fikir tarixinin kobud şəkildəpozulmasında, marksist nöqteyi- nəzərindən yazılmamasında günahlandırır. Nəhayət,1950-ci il iyulun 14-də Filormoniyanın yay salonunda Heydər Hüseynovun "ifşaolunması”nın həddinə çatır. Həmin ziyalılar yığıncağında M.C.Bağırov "tarix məsələlərininişıqlandırılmasında ciddi səhvlər haqqında” söz açır və demək olar ki,bütövlükdə "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” kitabınınmüəllifinin burjya millətçisi, ciddi siyasi səhvlər buraan alim kimi ifşa edir.Sonra çıxışlar başlayır, bir vaxt həminkitab haqqında tərif söyləyənlər "respublika ağası”nın səsinə səs verərək(hansı ki, Heydər Hüseynovun "yaxınları”, "məsləkdaşları”, çörək kəsdiyi"dostları”) səhv etdiklərini boyunlarına alırlar. Bircə M.Arifin çıxışıBağırovu və yığıncağa toplaşanları qane eləmir. Bağırov M.A.Dadaşzadənin sözünüyarımçıq kəsərək deyir: "Сən Türkiyə casususan”. Sən Heydər Hüseynovdanda pissən!”

Və beləliklə, bütün bu təqqirlər, haqsızlıqlaradözməyən Heydər Hüseynov öz bağında intihar edir. Əlbəttə, o, intihar etməyə dəbilərdi, M.C.Bağırov onun işlətəmin olunmasına da göstəriş də vermişdi. Ammaictimai elmlər sahəsində liderlik edən akademikin vüqarı sınmışdı və görünür,o, liderlikdən adi bir fənn müəlliminə çevrilmək istəmədi. Doğrudur, F.Səfiyevаonun "etiraflarını”¸ Bağırova yazdığı məktublarda səhvlərini boynuna almasındansöz açır – amma intihar birinci deyildi, bir dəfə onu xilas etmişdilər, amma...gec idi. Görünür Heydər Hüseynov üçün başqa yol qalmadı.

Fəridə Səfiyeva öz kitabında Heydər Hüseynovunqızları – Sara xanımın və Leyla xanımın xatirələrindən və yazılarından gen-bolistifadə edir, beləliklə, kitab həm də xatirələrlə dolu memuar kimi də diqqəticəlb edir.

F.Səfiyevanın kitabında Heydər Hüseynovun bütün əməlifəaliyyəti – müəllimlikdən akademikliyə qədər keçdiyi yolun bütün dönümləri öz əksinitapır. Müəllif bunları ardıcıllıqla nəzərə çarpdırır - Heydər Hüseynovun elmi,pedoqoji fəaliyyətinin hər bir pilləsi onun istedadının daha parlaq göstəricisinəçevrilir. O, həm də görkəmli elm təşkulatçısı idi – SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının təşkilindəHeydər Hüseynovun böyük xidmətləri olub. Görkəmli Azərbaycan sənətkarlarının yubileylərinin keçirilməsində (Axundov,Bakıxanov, Ü.Hacıbəyov, Nizami və b.) təşkilatçı, tarix, fəlsəfə və ədəbiyyatsahəsində dərsliklərin, dərs vəsaitlərin hazırlanmasında xeyli zəhmət sərfedib. Onun yetirdiyi kadrlar Azərbaycanda fəlsəfə elminin inkişafındaustadlarının yolunu davam etdiriblər.

Heydər Hüseynovun bir alim kimi ən məhsuldar dövrüqırxıncı illər idi. F.Səfiyeva alimin həmin illərdə qələmə aldığı məqalələrinin siyahısını təqdim edir vədoğrudan da heyrətlənirsən. Bu qədər məsulişlər görəsən, həm də az qala hər gün elmlə məşğul olasan?.

O, Azərbaycanın tanınmış ziyalları ilə cəbhə bölgələrindədə olub. F.Səfiyeva Stalinin şəxsən ona bu fəaliyyətinə görə ünvanladığı təşəkkürteleqramını da mətnə daxil edir. Təbii ki, bu kitab qeydlər, fotolar vəizahlarla zəngindir.

"Bir ömrün iziylə” kitabına yalnız bircə iradımvar. F.Səfiyeva Heydər Hüseynovun Azərbaycan ədəbiyyatı ilə bağlı məqalələrininyalnız adlarını çəkir, onları şərh və təhlil etmir. Halbuki, HeydərHüseynovun Azərbaycanın klassik və müasir ədəbiyyatı ilə bağlı çox maraqlıfikir və mülahizələri olub.

Hər halda bu kitab böyük şəxsiyyət – akademik HeydərHüseynovu daha yaxından tanımaq mənasında çox qiymətlidir. Təzə faktlar, məlumatlar,bizim bilmədiyimiz gerçəkliklərlə dolu bir kitab...


TƏQVİM / ARXİV