(Əvvəli ötən sayımızda)
Düzün desəm xoşhallandım. Başıma ilk dəfəydi ki, bu cür qəşəng qız əli dəyirdi. Birdən Lalanın rəfiqəsi qabdan mandarin götürüb stoldan beş-altı addım kənara atdı və "vzyat, Toplan" dedi. Mən də eləmə tənbəllik, ürəyimdə "qurban olasuz 100 dollara" deyib mandarinin dalıyca qaçdım. Qaçmadım - düzünü desəm iməklədim. Dodağımla-dişimlə yerdən götürüb, gətirdim verdim Lalaya. O bir də başımı sığalladı. Mandarini soyub, dilim-dilim ağzıma qoydu. Bu vaxt qapını açan yaşlı kişi əlində balaca bir qəfəs gəldi. İçində bildirçinə bənzər quş vardı. Nəsə çöl quşuna bənzəyiridi. Qapqara idi. Lalanın işarəsiylə kişi qəfəsin cəftəsini açdı. Quş içindən ildırım sürətiylə çıxıb bağa qaçdı. Ayağa durub dalıyca qaçmaq istəyirdim ki, Lala qışqırdı.
- İki ayaqla yox, axı sən Toplansan. Dördayaqlı qaçmalısan. Quşu da dişinlə tutmalısan, bildin! - dedi.
Lala deyən kimi də elədim. Girdim bağa. Quş gözümə dəymirdi. Başladım dördayaqlı hasar boyu gəzməyə. Əlimə tikan batsa da, dizlərimi daş əzsə də dözürdüm. Lalagil isə yuxarıdan baxıb tamaşa edirdilər. Lala dinməsə də, rəfiqəsiylə oğlanlar "İşşi, Toplan, işşi" deyib gülüşürdülər. Birdən quşu gördüm. Yaxınlaşmışdım ki, götürüldü. Mən də onun dalıyca. İt kimi ləhləyirdim, dilim ağzımdan çıxmışdı. Bütün diqqətim isə quşdaydı ki, birdən nəzərdən qaçar. Çox cəld idi, çata bilmirdim. Çatanda isə birdən sağa, ya sola dönər, mən də elə edəndə başım ağacın gövdəsinə dəyib yaralanardı. Alnımın qanını silib yenidən quşun dalıyca yüyüyürdüm. Mən yorulmuşdum. Amma quş çox becid idi. Özü də ki, onu dişlərimlə tutmalıydım. Yenə quşu nəzərimdən qaçırtdım. Bu dəfə Lalanın səsi gəldi:
- Toplan, hür! Toplan, zvuk! - dedi.
- Ham-ham, - deyə bərkdən hürdüm.
Quş səsimdən qorxub ağacın dalından çıxıb qaçmağa başladı. Mən də onun dalınca. Özü də hürə-hürə. Hürmək işimə yaramışdı. Artıq hürə-hürə qaçırdım. Hürməyim quşu da qorxuzurdu. Artıq yorulmuşdu. Ağacların arxasında, dibində gizlənə bilmirdi. Burnumu da işə salmışdım. Sanki quşun iyini hiss edirdim, duyurdum. Nəhayət yarım saat qovdu-qaçdıdan sonra quşu küncə çıxıb ağzımla tutdum. Amma dişlərimi bərk sıxmadım ki, ölər. Bundan istifadə edib quş gözümə dimdik atmağa başladı. Gözümün ağrısından qışqırdım. Quş da ağzımdan qurtuldu. Yenidən dalıyca cumdum. Beləcə həyəti bir dəfə də dövrə vurduqdan sonra quşu tutdum. Dişlərimi də bir-birinə bərk-bərk qıcadım. Quşun canı çıxdı.
Sonra orğun-orğun Lalanın yanına qayıdıb, ovu onun qarşısında ağzımdan yerə qoydum, yorğunluqdan arxası üstə tametin üstünə sərələndim. O da yaxına gəlib qırmızı çəkməsiylə qarnımı sığallamağa, "Toplan xoroşiy, Toplan xoroşiy" deməyə başladı. Sonra əl çantasını açıb içindən yüzlük dollar çıxartdı. Mənə yenidən it kimi dördayağı üstə dayanmağı əmr etdi. Mən də dayandım. Pulu bürmələyib ağzıma soxdu. Sonra arxama bir təpik vurub, "Poşol" dedi. Pulu ağzımdan çıxarıb cibimə qoydum. Həyətdəki kranı açıb əl-üzümü yudum. Ağzımı yaxaladım. Üst-başımı çırpdım. Özümü səliqəyə saldım. Eyvana tərəf baxdım. İndi oğlanlar dördayaqlı durub üzlərini qızların ayağına sürtürdülər. Boyunlarına xalta keçirmişdilər. İpin ucu isə qızların əlindəydi. Yuxarı dartanda başlarını qızların göbəyinə qoyar, dillərini çıxarıb it kimi ləhləyərək paltarın üstündən ayaqlarını, çəkmələrini yalayardılar. Sonra isə qızlar ayağa qalxıb evə doğru yönəldilər. Oğlanlar da dördayaqlı onların yanlarıyla getdilər. Özü də hürə-hürə.
Yaşlı kişi məni darvazadan ötürdü. Avtobus dayanacağının yerini göstərdi. Özümü metroya güclə çatdırıb gəldim evə. Yolda heç nə almadım. Pulu arvada verib üzüqoylu uzandım taxta. O da tez paltosunu geyinib düşdü həyətdəki marketə. Az keçməmiş əlidolu qayıtdı. Nə almışdı, bilmirəm. Yorğun idim. Ayağa qalxıb baxa da bilmədim. Amma qızlarım bir-bir gəlib məni öpür, başımı sığallayırdılar. Mən də bu sığalların dalğasında yuxuya getdim.
Səhər tezdən oyandım. İşə getməliydim. Qul bazarına. Arvad pal-paltarımı tərtəmiz eləmişdi. Üstəlik giley-güzar da etdi ki, bəs dəyişəyin ola-ola işləyəndə köhnələrini niyə geyinməmisən. Şalvarın dizləri süzülüb.
Avtobusa minib yenidən gəldim mikrorayon dairəsinə. Əvvəlki yerimi tutdum. Gözüm keçən maşınları sayırdı. Təkcə markasına, rənginə, təzəliyinə-köhnəliyinə baxmırdım. Nömrələrini də oxuyurdum. İçindəki adamların sifətini süzürdüm. Cürbəcür idilər. Ötəri olsa da üz cizgiləri mənə çox şey deyirdi. Amma ötən gecəki hadisədən baş aça bilmirdim. Onlar kim idilər? Niyə belə edirlər? İnsanı alçaltmağın çox yolları var. Amma kişinin qürurunu bu qədər alçaltmaq? Düzü mənə çatmırdı. Bu fikirlər beynimdən çıxmasa da, gözüm maşınlarda idi. İş tapmalıydım ki, bu gün də evə boş qayıtmayım. Beləcə axşam düşdü. Mən gözlədim, amma mənə iş verəcək iş verən gəlmədi ki, gəlmədi. Amma dünənkindən fərqli olaraq bu gün ürəyim sakit idi. Çünki cibimdə pulum vardı. Amma arxayınlaşmamalıydım. Məndən asılı isə heç nə yox idi. Mən seçmirdim, məni seçirdilər. Bu an yanımda ağ rəngli maşın saxladı. Şüşəni saldı. Lala idi.
- Salam, dayı.
- Salam. Yenə it lazımdır?
- Hə. Hardan bildin?
- Bildim də...
- Gəl, otur maşına. Soyuqdur.
- Eybi yox. Bura da yaxşıdır.
- Küsdüm. İndi sən mənim Toplanım olmaq istəmirsən? - deyə Lala naz atdı.
- Yox.
- Eybi yox. Bax qabaqda biri dayanıb. Aparıb 100 dolları ona verərəm. O, olar mənim Toplanım. Küsdüm səndən.
Bunu deyib, qız maşını irəli sürdü. Başqa bir "qul"un yanında dayandı. Nə dedi, nə demədisə "qul" maşına əyləşdi. Sürüb getdilər. Bir anlıq peşiman oldum "yox" deməyimə. 100 dollar əlimdən çıxmışdı axı. Amma kişi qüruru deyilən şey də var. Dünən məcbur idim, amma bu gün "hə" deyə bilməzdim. Bir tərəfdən bu cür fikirləşirdim, o yandan isə maraq məni boğurdu ki, Lala niyə belə edir? Çıxartdığı oyunlardan nə həzz alır axı? Dostlarını başına yığıb mərc qoşsaydı ki, ""qul" quşu tuta biləcək, ya yox?", başa düşərdim. Amma sifətində həzdən bir qram da əlamət görmədim. Bəs pulu o cür verməyi nə idi? Nəsə suallar beynimi qarışdırsa da, söz vermişdim ki, bir də onun maşınına əyləşməyəcəyəm.
Beləcə, iki saat da dairədə gözlədim. Heç kimə lazım olmadım. Avtobusa minib evə qayıtdım. Qızların dərsləriylə məşğul oldum, televizora baxdım. Sonra isə yatdım. Səhər erkən yenə mikrorayon dairəsinə gəldim. Beləcə axşamacan gözlədim. Dünən Lalanın maşına mindirdiyi qul da yanımdaydı. Başqa bir təzə yoluğ da peyda olmuşdu. Yaman əzilib-büzülürdü. İstədim ki, dünən Lalanın maşınına minəndən soruşum ki, bəs nə oldu? Özümü güclə saxladım. İstəmədim bilsin ki, mən də onun kimi Toplanam. Axşam yenə köhnə səhnə təkrar olundu. Lala başqa bir bahalı maşında yanımızda dayandı. Dünənki qul irəli hoppananda Lala əli ilə "Dur!" işarəsi verdi.
- Mənə qancıq it lazımdır. Sizdə qancıq var?
Mən cavab vermədim. Dünənki kişi isə "Yox, mən erkək itəm" dedi. Təzə, əzilib-büzülə dayanan oğlan isə:
- Var, var. Mən qancıq itəm.
- Onda əyləş maşına, - deyə Lala əmr etdi.
Oğlan tez maşına əyləşdi. Lala qaza basıb şütüyüb getdi. Mən də bir-iki saat dayanıb evə qayıtdım.
Ertəsi yenə dairədəydim. Gəlməyimi gördüm, bəxtim o saat açıldı. Birinin bağını belləmək işi çıxdı. İşimi tez başa çatdırdım. 20 manatımı alıb evə qayıtdım. O biri gün də həmin adama tuş gəldim. Bu səfər bağın həyətini yığışdırdım. Yenə də 20 manat verdi. Daha dalımca dairəyə gəlmirdilər. Səhər tezdən özüm bağa gedirdim. Demişdilər ki, tətil günləri bağda olacaqlar, mən də hər gün ora gəlim. Beləcə Allah on gün ruzumu yetirdi. Sonra tətil başa çatdı, mən daha lazım olmadım.
Yenidən dairəyə qayıtdım. Harada ki, əvvəllər mən dayanmışdım, burda artıq beş-altı nəfər dururdu. Onlardan yalnız Lalanın apardığı kişini və əzilib-büzülən oğlanı tanıdım. O birilər təzə idi. Axşamacan gözlədim. Bəxtim gətirmədi. Həmişəki vaxtda yenə Lala maşınla gəldi. Yanımda dayananlar maşını görcək başladılar hürməyə, zingildəməyə. Mən isə qıraqda dayanıb bu mənzərəyə tamaşa edirdim. Lala şüşəni aşağı salıb əzilən-büzülən oğlanı çağırdı. O maşına yaxınlaşdı. Lala nə dedi, nə demədi - bilmirəm. Oğlan mənə tərəf gəldi:
- Lala xanım səni çağırır.
- Gəlmirəm.
- Gəl. 100 dollar verir, yarısı sənin, yarısı da mənim.
- Gəlmirəm.
- Gəlmirsən, onda özün get de, mən qorxuram. Məni döyər.
Maşına yaxınlaşdım. Lala amiranə şəkildə:
- Otur maşına, - dedi.
- Mən sizinçün it deyiləm. Axı, niyə belə edirsiniz? İnsanlarla belə davranmazlar axı?
- Bəs o gün Toplanım olmuşdun. Heç onda belə danışmırdın.
- Uşaqlarım ac idi. Onların xətrinə it oldum. Amma ömrümün axırınacan belə olmaq istəmirəm. Uşaqlarımın xatirinə lap ölməyə də hazıram. Amma bir də it olmağa yox.
- Otur maşına, sözüm var.
- Yox.
- Otur dedim. Demirəm ki, it ol. Sadəcə otur mənimlə gedək bağa. İki-üç saatlığa. 100 dolları da elə-belə verəcəm. Vaxt itirdiyinə görə.
- Elə də olur?
- Hə.
Oturdum maşına. Lala əzilib-büzülən oğlanı da səslədi. O da arxada oturdu. O birilər isə dairədə hürə-hürə qaldılar. Lala "sizi də gələn dəfə apararam" deyib, qazı basdı.
Bağa çatdıq. Qapını yenə də yaşlı kişi açdı. Bu dəfə eyvanda açılan süfrəyə ikimiz oturduq. Əzilib-büzülən oğlan isə "Hanı mənim doqum?" deyə dördayaqlı ortada var-gəl edirdi. Birdən yaşlı kişi hündür ayaqlı qara doqu gətirdi. Bunu görüb oğlan lap əldən getməyə başladı. İtin də ağzının suyu axmağa, bədəninin əzaları titrəməyə başladı. Lalanın işarəsiylə kişi doqu buraxdı. İt o saat oğlanın üstünə cumdu. Dedim ki, parçalayacaq yazığı. Amma heç dişləmədi də. Oğlanla qucaqlaşıb yerə sərilib o üz-bu üz fırlanmağa başladılar. Lala da bu mənzərəni seyr edir, hərdən şampan şərabından içirdi. Gözlərini itdən və oğlandan ayırmırdı. Birdən ayağa durdu. Oğlanın şalvarının düyməsini açıb aşağı çəkdi. Ona heç nə deməmiş oğlan iki əli və dizləri yerdə - it kimi dayaq durdu. Doq oğlanın arxasına keçdi...
Bu igrənc mənzərəyə baxa bilməyib üzümü yana çevirdim. Amma ki, Lala baxırdı. Gözlərini də qırpmırdı. Ağlamırdı, amma gözlərində yaş gilələnərək yanağından aşağı köynəyinə düşürdü. Nəhayət doq şəhvətini söndürüb Lalanın yanına gəldi. Sahibinin əlindən yağlı kolbasa dilimi alıb ləzzətlə yedi. Lala çantasını açıb 100 dollar çıxarıb oğlana verdi. Arxasına da bir təpik vurub, "poşol!" dedi. O getdi. Mən isə qaldım. Lala dinmirdi. Eləcə içkidən qədəhlərə doldurub dalbadal içirdi. Deyəsən sərxoş olmaq istəyirdi.
- Mən gedim, - deyə dilləndim.
- Getmə.
- Niyə?
- Mənə sözün yoxdur ki?
- Yox. Sualımı maşında verdim də...
- Bəs, cavab almaq istəmirsən?
- İstəyirəm.
- Onda isə tələsmə. Mən danışım, sən də qulaq as. Heç kimə danışmamışam. Amma səninlə özümün fahişə taleyimdə bir oxşarlıq gördüm.
- Allah eləməsin. Mən fahişə?
- Hə. Sadəcə sənə yazığım gəldi. Axıracan qulaq as başa düşəcəksən.
(Ardı var)