“Qarabağ” 12-ci dəfə Azərbaycan çempionu oldu

905 | 2025-04-27 22:04

“Qarabağ” 12-ci dəfə Azərbaycan çempionu olub.

Adalet.az xəbər verir ki, Premyer Liqanın 32-ci turunda “Sabah”la qarşılaşan Qurban Qurbanovun komandası 1:1-lik bərabərliyə imza atıb.

Bununla da onlar ən yaxın izləyicisi “Zirə”ni 13 xal qabaqlayıb. Çempionatın sonuna 4 tur qaldığı üçün “Zirə” Ağdam təmsilçisinə çata bilməyəcək.

Nəticədə “Qarabağ” mövsüm başa çatmamış çempion olub.

TƏQVİM / ARXİV