Moskva Ukraynada maraqlar balansını axtarmağa hazırdır.
Adalet.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov CBS telekanalına müsahibəsində bildirib.
Söhbət zamanı Lavrov jurnalistin Moskvanın hazırda hər hansı güzəştə getməyə hazır olmadığı barədə iddiasını təkzib edib. "Bu, doğru deyil", - deyə XİN rəhbəri vurğulayıb.
Lavrov qeyd edib ki, o, Moskvanın Ukraynaya münasibətdə maraqlar balansına, eləcə də ABŞ-la strateji əməkdaşlığa cəhd etməyə hazır olduğunu dəfələrlə vurğulayıb.