Dördüncü əl... - Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
1679 | 2024-07-10 15:42

Hansı bazara, hansı dükana və hansı marketə gedirsən  qiymətlər " od tutub" yanır! İnanmırsınız?!

İnanmırsinizsa,  dediyimiz  ünvanlara baş çəkin, görün düz deyirik, ya yox!  Bu gün bazarlarda, marketlərdə pomidorun, xiyarın, gilasın, albalının  qiymətləri lap kəllə- çarxas qalxıb. Bunu eləyən kimlərdir?! Əlbəttə, hər şeyi gözəgörünməz  qüvvələr yoluna qoyur! Kəndli minbir əzab-əziyyətlə  məhsul yetişdirir, amma onun xeyirini görmür və xeyirli ortada - yeyib qıraqda gəzənlər görür!

Dədə- babadan  məhsulu becərənlər özləri gətirib bazarda satardı! İndi isə vəziyyət başqa cürdür.Yən meyvə- tərəvəz,  bostan məhsulları əldən- elə keçir və düz dördüncü ələ qədər uzanır. Hər elə keçdikcə, qiymətlər bir qədər də  bahalaşır! İndi xiyarın bir kiloqramı 1-50, 2 manat, gilas 9-12 manat, pomidor 1,50-3 manat  arasında satılır. Sovet dönəmində bu məhsullar 15-20 qəpik arası olub! Görün, nə qədər fərq var! Bəs indi niyə kooperativ ticarət yoxdur. O vaxtlar kəndlidən dövlət ucuz qiymətə məhsulları alıb, Bakıya gətirər və ucuz qiymətə də satardı. Tay indiki kimi dördüncü əl yox idi! Hökumət bu barədə düşünməlidir.

Əgər sovet dönəmində olan ticarət forması bərpa olsa, hökumət birinci əldən özü alıb satsa, həm bolluq, həm də ucuzluq olar! Onda nəyi gözləyirlər, gec də olsa, bu addımı atmaq lazımdır! Sünı bahalaşma yaradan mühiti aradan qaldırmağa böyük ehtiyac var! Dördüncü əl nə  qədər tez aradan çıxsa, bax onda insanlar rahat nəfəs alar və ölkəmizdə bostan- tərəvəz məhsulları ucuzlaşar!!!

  • Sentyabr:
  • 20

TƏQVİM / ARXİV