DİQQƏTməktəb məsələsinin Mustafası lakonik şəkildə:
Sentyabrın 22-də ibtidai siniflərdə əyani tədrisə başlanılır.
Sentyabrın 29-da 5-11-ci siniflərdə, həmçinin məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi tədris bərpa ediləcək.
Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-dən başlayacaq.
Hazırda təhsil işçilərinin 169 min 862 nəfəri vaksin olunub. 138 min 654 nəfər təhsil işçisi vaksinin hər iki dozasını qəbul edib.
Tədrisin gec başlaması ilə əlaqədar olaraq keçirilməyən dərs saatları ili ərzində tətil günləri hesabına bərpa olunacaq.
Özəl ümumi təhsil müəssisələrində tədris təsisçinin valideynlərlə birgə razılaşmasına əsasən, 15 sentyabrdan tez olmamaqla başlanıla bilər.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə birlikdə monitorinq qrupu yaradılıb. Təhsil müəssisələrində dezinfeksiya işlərinin həyata keçirilməsi, sanitar-gigiyenik qaydalara əməl edilib-edilməməsi ilə bağlı monitorinq aparılacaq.
Valideyninin COVID-19 pasportu olmayan uşaqlar tədrisdən kənar qalmayacaq.
2021-2022-ci tədris ilində teledərslər davam edəcək.
Məktəblərdə şagirdlərdən maska taxmaq tələb olunmur. Bu, valideynlərin istəyinə bağlıdır.
Şagirdlərin summativ qiymətləndirilməsi ənənəvi qaydada aparılacaq.
Ali təhsil müəssisələrində mühazirələrdə tələbələrin sayına nəzarət ediləcək. Çünki auditoriyalarda 50-60 nəfər tələbəyə mühazirə oxunması karantin qaydalarına uyğun deyil.
Tələbələr bu tədris ilində təhsil tələbə krediti ala biləcəklər.
Məktəblərdə bufetlər və idman zalları mərhələli şəkildə açılacaq.
Vahid məktəbli forması ilə bağlı qaydalar hələ qəbul olunmayıb.
Pandemiya səbəbindən övladını məktəbə göndərmək istəməyən valideynlərin iltizam məktubu yazması məsələsinə baxılacaq.
Bütün məktəblərdə xüsusi izolyasiya otaqları hazırlanıb.