Terrorçuların fəaliyyət imkanları bitmə nöqtəsinə çatıb.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
O bildirib ki, ölkənin milli müdafiə sənayesi ölkə daxilində və sərhəddən kənarda terrorla mübarizəyə ciddi dəstək verib:
“Şəxsi heyətin qəhrəmanlığı və müdafiə sənayesinin imkanları nəticəsində terror təşkilatlarına güclü zərbə vurulub”.