adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Sentyabr 2020 22:10
24128
İDMAN
A- A+

Suares "Barselona" ilə razılığa gəlməsə...

“Barselona”nın futbolçusu Luis Suaresin komandadakı taleyi qeyri-müəyyən olaraq qalır.

Qol.az ESPN-ə istinadən xəbər verir ki, uruqvaylı hücumçu klubu ilə razılığa gələ bilməsə, 2021-ci ilin yayında başa çatacaq müqaviləsinin qalan hissəsində meydana çıxmaya bilər. Belə ki, 33 yaşlı oyunçu başqa kluba keçəcəyi təqdirdə, illik maaşının “Barselona” tərəfindən ödənilməsini istəyir. Lakin Kataloniya təmsilçisi bununla razılaşmır.

Bildirilir ki, futbolçunun komandadakı taleyinə baş məşqçi Ronald Kuman qərar verəcək. Suares Barselona”da qalacağı halda maaşını tam alacaq.

Qeyd edək ki, L.Suares 2014-cü ildən “Barselona”da oynayır. O, ötən mövsüm 36 matça çıxaraq və 21 qol vurub və 10 qolun ötürməsini verib. Suaresin adı "Yuventus"la hallanır.