adalet.az header logo
  • Bakı 18°C
20 Sentyabr 2020 14:04
29056
İDMAN
A- A+

Ən yaxşımız sənsən!

Mahir millidə qırmızı alır milli ona qədər meydanda can verir komanda şəklində hamı zəif çıxış edir amma Mahir tənqid və təhqir olunur. Qarabağ məğlub olur içi Mahir qarışıq digər futbolçular əlinə düşən fürsətlərdən istifadə edə bilmir yenə Mahir təhqir olunur.

Ozobiçdən Qaraya heç kimin oyunu alınmır yenə Mahir. Adam 2 il üst üstə ən sərrast oyunçu olur hamı susur. Adam ÇL də 2 oyuna 2 qol vurur yenə hamı susur. Keşləsi , Sumgayıtı ilk turda Neftçisi 2 turdan sonra durur ordakı azərbaycanlı futbolçular 1-2 dəfə tənqid olunur amma yenə mövzu Mahirdi . Biz də bilirik ki, Mahirin transfer dəyəri 1-2 milyondan artıq deyil və nə də uşaqlıqda Ayaks futbol məktəbini keçib. Mahirin keçdiyi məktəbdən bura gəlib çıxan barmaqla sayılacaq qədər futbolçu olmasına baxmayaraq yenə tənqidlərin başında gələn Mahirdi. Bəlkə biz koruq Mahirdən də güclü oyunçularımız var və ya iştahımız qabarıb ki, Barca, Realla eyni səviyyəyə gəlib çatmışıq ona görə Mahir daha bizə lazım deyil? Zamanında Əfran Əfran ağzınızdan düşmürdü amma neçə ildi hələ yerinə adam tapıb qoya bilməmisiz. İki həftə əvvəl Maksimi də eninə boluna təhqir elədiz sonda məcbur dediklərinizi geri udmağa məcbur oldunuz. Digər klubların azarkeşləri Mahirə xərclədiyi zamanı öz klublarına xərcləsə daha yaxşı olar. Ən yaxşısı gələnə qədər öz mövqeyində ən yaxşısı odur. Olanımız və olanınız budur.

Öz ŞƏXSİ hesabından nə paylaşıb əcəb eləyib. Sizdən fərqli girib klaviatura arxasında kiminsə anasını bacısını təhqir eləməyib. 

Hə birdə bu futbolda təhsil filan deyən kəslərə də deyin ki, San marinonun heyyətində Müəllim, advokat , həkim kimi “təhsillilər” var və nəticələri də göz qabağındadı. 

Ən yaxşısı gələnə kimi elə ən yaxşımız sənsən !

Çalış birdə təkbətək qaçırma .

 

Mənbə: "Imaret Europe"