adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
15 Oktyabr 2020 17:34
90233
KRİMİNAL
A- A+

Sumqayıtda bazarda atəş açılıb, bir nəfər yaralanıb - FOTO

Sumqayıtda silahlı insident baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “İnşaatçılar” qəsəbəsində yerləşən bazarda qeydə alınıb.

Belə ki, naməlum şəxs “BMW” markalı avtomobildən düşərək ov tüfəngindən atəş açıb. Nəticədə, bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan, 1988-ci il təvəllüdlü Çələbiyev Natiq Atabala oğlu xəsarət alıb. Çoxsaylı qırma yarası alan N.Çələbiyev Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.