SON DƏQİQƏ:

MUSA URUD: SAVAŞ DEYİR 

  60532   |  
Şriftin ölçüsü  

Daha səbir qalmayıb 
Dözümün dözümü yox 
Bu şeytan düyününü 
Kəsməsən çözümü yox. 
Xalq həmişə haqlıdır
Xalq həmişə doğrudur. 
Qaraya qara deyir 
Ağ olana ağ deyir 
Millət qalxıb ayağa 
Dəniz kimi kükrəyir 
Yurd deyir, torpaq deyir, 
Şuşa, Qarabağ deyir.
Bağlı qapı dalında 
Çox oyun oynadılar 
Xalqımın dərdi ilə qolboyun oynadılar 
Daha sizə ümid yox, daha sizə gərək yox
Dəyirmi masalarda təbəssümü saxtalar. 
Bir qəti söz, mərd qərar 
Yüz gümanı noxtalar! 
Ali Baş Komandanım əmr edir, savaş deyir 
Otuz illik həsrətin səngərini aş deyir! 
Şərəfli tarixini 
Öz əlinlə yaz deyir. 
Bayrağını Vətinin sərhəddində as deyir. 
Bitdi boş danışıqlar 
Susun artıq 
Nə danışıq? 
İndi daha top danışır, tank danışır. 
Rəhbərimin qətiyyətli sözü ilə haqq danışır. 
Susun, susun riyakarlar, quru- quru qrupbazlar, 
Susun, indi xalq danışır. 
Xalq deyir ki, haqq işidir mübarizəm, 
Müqəddəsdir,  haqq üçündür mənim davam! 
Tamam yoxdir, davam- davam, davam, davam! 
Kəlbəcərdə hikkəsindən parça-parça parçalanan 
qayam deyir, daşım deyir 
Ərim gəldi qayasında gözü yaşlı, üzü qanlı 
Həsrət çəkən Şuşam deyir 
Zəngilanda xan çinarı 
Mişarlanan, baltalanan, talan olan meşəm deyir 
Ruhu Vətən göylərində 
Keşik çəkən Polad adlı paşam deyir. 
Bu torpağın hər qarışı savaş deyir 
Nər qayası, çınqıl daşı savaş deyir 
Dul gəlinin qucağında 
Məsum şəhid körpəsinin 
gözdə yaşı savaş deyir!! 
Savaş deyir Kərkicahan 
Xocalıda tökülən qan. 
Cəbrayılda, Fizulidə dalğanlanan 
Ulu bayraq davam deyir 
İrəlidə Zəngilan var, Qubadlı var 
Qiyamətə qisas qalmaz -  
Ağdam deyir. 
Bu bir zəfər yürüşüdür, 
Bir millətin haqq işidir. 
Dayanmaq yox, durmaq olmaz, 
Bunu bizə tora düşmüş Laçın deyir 
Naxçıvanın qollarını açın deyir. 
Tərtər deyir, Qarqar deyir, Xaçın deyir: 
Azərbaycan əsgərinin mərd əliylə - 
Qarabağda axan sular durulacaq 
Xan yurdunda haqq divanı qurulacaq! 
Sülh olacaq, biz istəyən sülh olacaq. 
Haqqı deyən, şəri əyən sülh olacaq. 
Qarabaqdan quldurları 
Təmizləyən sülh olacaq! 
Hələ isə 
Bədəndə can savaş deyir, 
Damarda qan savaş deyir. 
Göydə Allah, yerdə Vətən savaş deyir 
Dildə dua, əldə Quran savaş deyir. 
Ali rəhbər, Baş Komandan savaş deyir. 
Diz səngərdə, göz hədəfdə 
Əl tətikdə 
On milyonluq Azərbaycan savaş deyir!
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK