adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
25 Oktyabr 2020 16:20
19232
DÜNYA
A- A+

Koronavirusla bağlı təhlükəli fırıldağın üstü açılıb

Koronavirusla bağlı təhlükəli fırıldağın üçtü açılıb. Belə ki, təyyarə ilə səfərlər zamanı COVID-19-un olmaması haqqında arayış tələb edildikdən bəri fırıldaqçılar mənfi test cavabları satmağa başlayıblar. Onların dəyəri 150 funt sterlinqə (332 AZN) çatır.

Bu barədə “The Sun” xəbər yayıb.

Məlumata görə, oxşar xidmətlər bəzi turizm agentlikləri tərəfindən təmin edilir. Anonim qalmaq istəyən adamın sözlərinə görə, şirkət ona COVID-19 üçün testdən keçirməyi və hətta cavab müsbət olduğu təqdirdə səyahətçiyə mənfi nəticəsi olan bir sənədi satmağı təklif edib.

Eyni zamanda, nəşrdə bildirilib ki, bir kişi dostunun test cavabı ilə təyyarəyə minməyi bacarıb. Bunun üçün o, sadəcə, arayışda analizin əsl sahibinin adını silərək, öz adını yazıb.