adalet.az header logo
  • Bakı 12°C
02 Noyabr 2020 11:58
75291
MƏMLƏKƏT
A- A+

İLK VƏ ƏN GÖZƏL AZANI ŞUŞADA HAFİZ SƏDİRZADƏ OXUYACAQ

İşğaldan azad olunmuş kəndlərimizdə səsi  olan əsgərlərimiz bayrağımız qaldırılanda Azan oxuyurlar. Nə gözəl! Amma baxıram ki, bu bəzilərinin xoşuna  gəlmir və insanları  incidəcək statuslar yazırlar.

Dostlar, görünür siz Azanı başa düşmürsüz. Azan insanları  nəyə çağırır, xeyrül-əmələ və savab işlər görməyə. İndi əsgərlərimiz xeyrül-əməl edib, savab işlər görüb torpaqlarımızı düşmənlərdən azad edirlər. Və Azan oxumaqla digərlərini də belə xeyrül-əməllərə və savab işlər görməyə çağırırlar.  Burda pis nə var?

Mən özüm hər gün Qarabağın  tanınmış xanəndəsi Hafiz Sədirzadənin (şair, tədqiqatçı, Azərbaycanı xilas etmək üçün İslam  ordusu  ilə bağlı İstanbula gedib Sultanla görüşən Məhəmməd ağa  Müctehidzadənin oğludu) Ağdamda məlahətli səslə oxuduğu sonuncu Azana qulaq asıram. Ruhum təzələnir.

Və inanıram ki, Şuşa azad ediləndən sonra bu müqəddəs şəhərdə Gövhər ağa məscidinin  minbərindən Hafiz Sədirzadə Şuşanın ilk və ən gözəl Azanını  oxuyacaq!

Hafizin Ağdamda oxuduğu sonuncu Azanı  tez-tez saytımızda  yerləşdiririk, buyurun, qulaq asın.

Qoy həmin Azan sizin də ruhunuzu oxşasın.

Qoy Azərbaycanın azad olunmuş bütün torpaqlarında Azan səsi eşidilsin.