adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Noyabr 2020 14:01
177357
ŞOU-BİZNES
A- A+

“Humanizmin vaxtı deyil” - Onlar da “McDonald's”ı boykot etdilər

“McDonald’s”ın Azərbaycan nümayəndəliyinin Azərbaycan Ordusunun düşmənə qarşı əks hücumlara başlamasından sonra sosial media hesablarında Ordumuza dəstək məqsədi ilə yaydığı postları və paylaşımları silməsi məşhur simalar tərəfindən də pis qarşılanıb. Belə ki, onlar sosial şəbəkə hesablarında hər kəsi “McDonald’s”ı boykot etməyə çağırıblar.

Xalq artisti Aygün Kazımova: “Düzdür, “McDonald's”, “Burger King” bizim əsas problemimiz deyil, amma buna göz yumsaq, sabah digərləri də eyni səhvi edəcək. Ona görə boykot! Hər kəs ölkəmizin ərazi bütövlüyünə hörmət etməlidir”.

Xalq artisti Röya Ayxan da izləyicilərini “McDonald's”, “Burger King”, “Papa John's”u boykot etməyə səsləyib: “Heç bir qazanc və maraq Azərbaycan xalqından üstün ola bilməz”.

Xalq artisti Tünzalə Ağayeva, həmçinin isə instagram hesabında o ki var, ürəyini boşaldıb: “Dəyərli həmvətənlər, biz artıq 30 gün bundan öncəki Azərbaycan deyilik. Biz haqlı Vətən savaşına qalxan, torpaqlarını işğalçı Ermənistandan təmizləyən güclü, qətiyyətli bir ölkəyik. Bu gün dünya bizlə ayaqlaşmağa məcburdur və məhkumdur! Mən Vətənimdə ticarət edən, azərbaycanlı müştərilərindən yaxşı qazanan əcnəbi markalardan bizə qarşı sayqı, düzgün mövqe göstərməklərini tələb edirəm! Ərazi bütövlüyümüzə qarşı şübhəsi olan hər hansı bir xarici markanın ölkəmizdə yeri olmamalıdır. Olduğu təqdirdə etdiyi ən kiçik səhv, ya hörmətsizliyə görə üzr istəməli və ya doğru açıqlama gətirməlidir. Heç kim, eləcə də mən insanlarımızın işsiz qalmasının tərəfdarı deyilik. Ancaq cəbhədə insanlarımız Vətən üçün canlarını fəda edirlər. Bunlar müqayisə belə olunmayan məsələlərdir! Əgər bu gün bizim “McDonald's” səhifəsində Azərbaycan Xəritəsini silmək kimi hadisəyə ictimai qınağımız olmazsa, sonra qəsdlə yerləşdirilmiş uydurma xəritələri biz sildirə bilməyəcəyik. Yersiz humanizmin heç vaxtı deyi”.

Rövşən Tahir