SON DƏQİQƏ:

Aqil ABBAS: MÜXALİFƏTLƏ OTURUB ÇÖRƏK YEMƏK CİNAYƏTDİRMİ?

  53731   |  
Şriftin ölçüsü  

Bəli, əvvəllər bu cinayət sayılmasa da, baş vermirdi. Hətta toylarda, yaslarda müxalifətlə iqtidar rastlaşanda üzlərini yana çevirib gedirdilər. Və yaxud bir-birlərinin toylarına, yaslarına getmirdilər.

Amma zaman dəyişdi. İqtidar Prezident Administrasiyasının qapılarını müxalifətin üzünə açdı. Siyasi partiyalarla iş üzrə şöbə yaratdı və həmin şöbənin müdiri Ədalət Vəliyevi də özünün köməkçisi təyin elədi. Bu o deməkdir ki, şöbə müdiri birbaşa prezidentə çıxa bilər.

Beləliklə, iqtidarla müxalifətin dialoqu yarandı. Müxalifət liderləri istədikləri vaxt Ədalət Vəliyevlə görüşə, müəyyən problemləri qaldıra bilir, iqtidarın siyasətində hər hansı bir səhv varsa, Ədalət Vəliyevlə Prezidentə çatdıra bilir.

Ağa Laçınlının bir şeirində deyilir ki:

Doyursan qəlbimi səmimiyyətdən,

Bağrıma basaram kasıb daxmanı.

İndi bu səmimiyyətin nəticəsi o oldu ki, 44 günlük müharibədə müxalifətin 50 partiyası Dövlətin yanında oldu, Prezidentin yanında oldu.

«Dolu» filmində bir yer var. Birinci katibə SEKA-dan zəng edib deyirlər:

- Sən müxalifət kimi danışırsan.

Birinci katib:

- Burda nə müxalifət var, nə SEKA. Burda ev-eşiyini, torpağını qoruyan camaat var.

Heç kimə sirr deyil ki, Birinci Qarabağ savaşında müxalifətlə «SEKA» birləşə bilmədiyinə görə uduzduq.

Amma məhz yeni şöbənin yaranması ilə müxalifətlə iqtidar dialoqa girdi və nəticədə birləşdilər. Və Azərbaycan bu Vətən Müharibəsində qalib gəldi.

Burda yalnız iki partiya – AXCP və Milli Şura , bir də Müsavat kənara çəkildi. Amma bu da var ki, hər iki partiya qələbəmizi dəstəklədi, sonra xüsusilə də AXCP, yuxularına girmədiyi qələbəyə kölgə salmağa çalışdı.

Nə isə, özləri bilər, müxalifət bilər. Bunlar da belə fikirləşirlər… Demokratik ölkəyik, hər kəs və ya hər bir partiya öz düşündüyünü deyə bilər və necə ki, deyə bilirlər.

Baxıram, ABŞ-ın və Avropanın müəyyən dairələrinin maliyyələşdirdiyi TV kanalları, həm də o kanalları işlədənlər özümüzünkülərdi, bu dialoqa kölgə salmaq istəyirlər.

Bunu anlayışla qəbul edirəm. Çünki musiqini kim sifariş verirsə, o da oynayır. Amma o da var ki, sifarişçilərin sifariş verdiyi musiqiyə biri var «Camış bağa girdi gəl» oynayasan, biri də var «Tərəkəmə».

Məndə belə bir məlumat yoxdur ki, Ədalət Vəliyev hansısa müxalif partiya sədri ilə yeyib-içib. Əgər yeyib-içiblərsə, sağ olsunlar, niyə bunu qısqanırsınız?

Məsələn, baxıram ki, Xocalı faciəsində Ağdamı qoyub qaçan, hətta «Qrad»ları Ağdamdan çıxaran, 1993-cü il Gəncə qiyamında ordusunu başlı-başına buraxıb qaçan Daxili Qoşunların komandanı Fəhmin Hacıyev çox «ağıllı» təkliflər irəli sürür. Və ya Ramiz Yunus.

Çox təəssüf edirəm ki, Osman Mirzəyev kimi bu Vətəni canından artıq sevən, bu Vətənin yolunda şəhid olan bir kişinin qızı Azərbaycan dövlətçiliyinin əleyhinə kampaniya aparır.

Nə qədər istəsəniz də indən belə iqtidarla müxalifət arasında dava sala bilməyəcəksiniz. Ən azı ona görə ki, 44 günlük müharibədə həm müxalifət, həm də müxalifəti dəstəkləyənlər Dövlətin və Prezidentin yanında oldular və bu gün də yanındadılar. Artıq Azərbaycan bütövləşib.

Ac da qala bilərik, susuz da qala bilərik, kasıb da yaşaya bilərik, amma torpaqsız, Qarabağsız yaşamaq istəmirik. Problemlər də var, şəhidlərə, yaralılara münasibətdə nöqsanlar da var. Əbülfəz Elçibəy demiş, hər şeyin bir zamana ehtiyacı var. Zaman-zaman hər şey yoluna düşəcək.

Və biləsiniz, ay Azərbaycanın bütövlüyünü sevməyənlər, ay qələbəmizə sevinməyənlər, ay yenidən bölücülük etmək istəyənlər, erməni dəyirmanına su tökənlər, bu dövlət, bu millət Şuşaya bayrağını sancanda artıq sizin cavabınızı verdi!

İnşallah, ən böyük cavabı da Xankəndinə bayrağı sancanda verəcək!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 02,
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüal Vəli Xramçaylıya:

- Vəli, birdən yüz min manat tapsan neyniyərsən?

Vəli:

- neyniyəjəm qağa, tez aparıb borclarımı verərəm.

Hidayət müəllim:

- Bəs qalanın nağayrassan?

Vəli:

- Qalanında Allah kərimdi, yavaş-yavaş verərəm dana.

ARXİV

TƏQVİM

FACEBOOK