SON DƏQİQƏ:

Pənahəli xanın tikdirdiyi Şahbulaq qalası - FOTO

  206629   |  
Şriftin ölçüsü  

Azərbaycanın dilbər guşələrindən olan Qarabağ tarixi, mədəniyyət və memarlıq abidələri, kurqan, məbəd, çoxlu sayda qəbirüstü abidələrlə zəngindir. Erməni işğalçıları 30 ilə yaxın müddət ərzində bu tarixi abidələri, məscidləri, məzarlıqları dağıdıb, muzeyləri və maddi-mənəvi sərvətlərimizi talan ediblər. Düşmən tarixi ərazilərimizdəki abidələrimizin bir qismini məhv etməklə yanaşı, bəzilərini də erməniləşdirməyə cəhd göstərib.

AZƏRTAC xəbər verir ki, Qarabağda ən məşhur abidələrdən biri Ağdam rayonunun ərazisindəki XVIII əsrə aid Şahbulaq qalasıdır.

Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən bu qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin iç qalası olub. Saray kompleksi yerli inşaat materialları əhəngdən və dağ daşlarından inşa edilib. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Kompleksin ətrafı mühafizə divarları, nəzarətçi qüllələri ilə əhatələnib. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü isə 8,5 metrdir. Kompleksin yeganə girişi şərq tərəfdəndir. Şahbulaq saray kompleksinin şimal-qərbində, bulağın yaxınlığında məscid də inşa edilib. Qəsr adını gur sulu bulağın adından alıb.

Pənahəli xan Şuşa qalasını inşa edənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Şahbulaq tikililəri Qarabağ xanlığının, xüsusilə də onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına təsir göstərib.

Hazırda Şahbulaq qəsr kompleksindən bulaq yanındakı təpə üzərində ucalan qala və məscid binası qalıb. Ermənilər 1993-cü ildə Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.

Şahbulaq qalası füsunkar təbiətə malik ərazidə yerləşir. Qalanın yaxınlığında axan bulağın suyu hovuza tökülür, oradan isə düzən yerə axır. Ərazidəki əsrarəngiz mənzərə insanın ruhunu oxşayır, qəlbə sakitlik gətirir. Saf dağ iqlimi, gözəl təbiət mənzərələri, yaxınlıqdakı sərin sulu bulaq Şahbulaq qalasının turizm əhəmiyyətini daha da artırır.

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-07
2021-03-06

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 06, 04, 02,
February: 27, 25, 23, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

- Dünən axşam evdə arvadla davanız nətəhər qurtardı?

- Sən öl, dizin-dizin gəldi qabağıma.

- Ola bilməz!

- Sənə sən öl deyənin özü ölsün, dizin-dizin deyirəm ey, gəldi qabağıma.

- Nə  dedi?

- Dedi ki, çıx çarpayının  altından.

ARXİV

TƏQVİM

FACEBOOK