SON DƏQİQƏ:

Pandemiya 225 milyon insanı iş yerindən məhrum edib

  15074   |  
Şriftin ölçüsü  

Koronavirus 2008-2009-cu il iqtisadi böhranı ilə müqayisədə məşğulluğa dörd dəfə daha ağır zərbə vurub.

Bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatında bildirilir.

Hesabata əsasən, 2020-ci ildə pandemiya səbəbindən dünya üzrə iş vaxtının 8.8 faizi ixtisar olunub ki, bu da 225 milyon iş yerinə bərabərdir.   

Ekspertlər iş yerlərinin daha çox qapanma səbəbi ilə itirildiyini qeyd edirlər. Belə ki, 81 milyon insan məhz lokdaun şəraitində işsiz yox, fəaliyyətsiz qalıb. Nəticədə əmək qabiliyyətli dünya əhalisinin gəlirləri 8.3 faiz, yəni 3.7 trilyon ABŞ dolları azalıb ki, bu da qlobal ÜDM həcminin 4.4 faizinə bərabərdir.  

Əmək bazarındakı problemlər qadınlara daha çox təsir edib. Belə ki, qadınlar arasında məşğulluq 5 faiz, kişilər arasında isə 3.9 faiz azalıb.

Yaş bölgüsünə gəlincə, pandemiya dövründə ən çox iş itirən 8.7 faiz göstərici ilə 15-24 yaş arası gənclər olub.

Məşğulluğun azalması rekordu isə 20 faiz olmaqla, qida və yerləşdirmə xidmətləri sahəsində qeydə alınıb.    

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-02-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 25, 23, 20, 18, 16, 13, 11, 09, 06, 04,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK