adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Kreslolardakı zalımlar - Eminquey yazır

EMİNQUEY AKİF
203313 | 2021-01-27 17:21

Anam atamdan ötrü ağlamağı bir gecə gördüyü yuxudan sonra azaltdı. Atam yuxusuna girib deyibmiş ki, siz ağlayırsınız, mənim məzarım su ilə dolur, üşüyürəm, rahat yata bilmirəm. Və bu yuxunu mənim ən kritik dönəmlərimdə, saat 3-də oyanıb özümdən gedənə kimi, təcili yardım gələnə kimi ağladığım gecələrin birində mənə danışdı. Mən də ağlamağı tərgitdim. Təbii ki, biz atamın qəbrini su ilə dolu görməmişdik, amma bunun təsəvvürü belə bizi sarsıtmışdı. İndi Müdafiə Nazirliyinin önündə yığılıb yolu bağalayan, ağlayan şəhid anaları var ha, onları gözəl başa düşürəm. Gözəl başa düşürəm ki, övladının qəbrini su ilə dolu görmək necə bir hissdir. Bu insanları başa düşmək isə insanlıq işidir. Və təəssüf ki o kreslolarda zalımlar daha çoxdur.

TƏQVİM / ARXİV