adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
05 Mart 2021 16:19
59471
MƏMLƏKƏT
A- A+

Şəhid qadınlar ziyarət edildi: “Şəhidlər Xiyabanı”ndan REPORTAJ

Bu gün bir qrup I Qarabağ müharibəsi veteranları, bir qrup şəhid anaları, Müharibə Veterenlarına Sosial Yardım İctimai Birliyi üzvləri “Şəhidlər Xiyabanı”nı ziyarət ediblər. Müharibə Veterenlarına Sosial Yardım İctimai Birliyi təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Şəhidlər xiyabanında şəhid qadınlarımız yad olunub.

Adalet.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanları Salatın Əsgərova, Gültəkin əsgərova, şəhid döyüşçülər Qaratel Hacımahmudova, Rəhilə Orucova, Gülbar Heydərova, Məlahət Nəsibova, Sədaqət İbadova və Xocalı faciəsi zamanı həlak olmuş iki qızcığaın. O cümlədən 20 yanvar şəhidlərinin qadın şəhidlərinin məzarı ziyarət olunub, ehtiram əlaməti olaraq məzarlarının üzərinə qırmızı qərənfil dəstələri düzülüb.

Müharibə Veterenlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas müharibədə qəhrəmanlıqla döyüşmüş, düşmənə qarşı mübarizə aparmış qadınlarımızın şücaəti haqqında danışarkən vətənin dar günündə silaha sarılan qadınları düşmən çəpəri adlandırdı: “Qədimdən bir atalar sözü vardı, "Oğul düşmən çəpəridir" deyirlər. Oğulun vəzifəsi, borcu vətəni, ailəni qorumaqdı. Amma tarixən Azərbaycan qızı, Azərbaycan qadını xalqın ən ağır məqamlarında “çəpər” olmaqdan çəkinməyib. Məsələn, I Qarabağ müharibəsi zamanı qadınlarımız da kişilərlə bərabər müharibənin ən qaynar nöqtələrində böyük şücaət göstəriblər. Bu gün onlar unudulmur, xalqımız öz qəhrəman qadınlarını hər zaman hörmətlə anır.”

Tədbirdə Respublikaİncəsənət Gimnaziyasıın şagirdi, qiraət istedadı ilə seçilən Mehdi Həsənov şəhidlərimizə aid, şeirlər, esselər söyləyərək dinləyənləri kövrəltdi.

I Qarabağ döyüşlərində yaxından iştirak etmiş Rüxsarə Cumayeva Qarabağ torpaqlarının düşmən tapdağında xilas olduğunu vurğulayaraq, Azərbaycan Ordusuna və Ali Baş Komandana bütün keçmiş döyüşçülər adından təşəkkürünü bildirdi: “Azərbaycan Ordusunun qüdrəti, Ali Baş Komandanın siyasi iradəsi hesabına qisasınız yerdə qalmadı Əziz silahdaşlarımız, əziz şəhidlərimiz! Rahat yatın! Ruhunuz şad olsun! Allah bütün şəhidlərimizə rəhmət etsin!”

Tədbirin sonunda I Qarabağ müharibəsindəşəhid olmuş qadınların, həmçinin Azərbaycan Vətən Müharibəsinin ilk xanım şəhidiArəstə Baxışovanın o cümlədən bütün şəhidlərin ruhuna dualar oxudu.

Əntiqə Rəşid