SON DƏQİQƏ:

QARABAĞIN QAYDASIZ DÖYÜŞÇÜSÜ - Şahnaz Şahin yazır

  34195   |  
Şriftin ölçüsü  

Cəsur xalqlar məhv olar, amma kölə olmaz,-deyiblər. Tarixin sınaqlarından çıxan Azərbaycan xalqı bu həqiqəti öz varlığı boyunca dönə-dönə sübuta yetirmişdir. Bədnam erməni qonşularından gördüyü haqsızlıq, yersiz ərazi iddialarını həyata keçirməkdən ötrü əsrlərcə azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətinin və vəhşiliyinin qurbanı olsalar da ruhən özünü diri saxlamağı bacarmış, ilahi ədalətin bir gün qələbə çalacağına inamını itirməmişdir. Son otuz ildə xalqımızın yaşamalı olduğu acı həqiqətlər, başına gətirilən müsibətlər, soydaşlarımızın öz tarixi torpaqları olan Qarabağdan qovularaq çıxarılması, qətlə yetirilməsi, işgəncələrə məruz qalması erməni millətçiliyinin əslində dərin psixoloji kökləri olduğunu da sübut etdi. Erməni paronoyası bu üzdəniraq millətin gözünü elə bağlamışdı ki, bir gün haqq-ədalət kürsüsündə cavab verməli olacağını da unutmuşdu...

Bütün hədləri aşan, qırmızı xətləri keçən erməni vandalları nəhayət xalqımızın dəmir iradəsi və Azərbaycanın rəşadətli ordusu ilə üz-üzə gəlməli oldular. Azğın düşmənin sərhəd tanımayan vəhşiliklərinə qarşı haqq savaşına qalxan xalqımız bir dəmir yümruq altında birləşdi. Xalqımız Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin verdiyi əmrlə bir nəfər kimi ayağa qalxdı. Bu döyüşlərə yurdumuzun hər yerindən igid oğullar qoşuldu, onlardan biir də Sabirabadlı Əhmədov Bəhruz Səttar oğlu idi...

Bəhruz 27 iyin 1997-ci ildə Sabirabad rayonunun Balakənd kəndində dünyaya gəlmişdir. 2003-cü ildə H.Z.Tağıyev adına 6 nömrəli şəhər tam orta məktəbin birinci sinfinə getmiş və 9 illik ümumi icbari təhsilini başa vurduqdan sonra Sabirabad Peşə Liseyinə daxil olmuşdur. Burada o, traktorçu-çilingər peşəsinə yiyələnmişdir. Təhsilini başa vuraraq 2015-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. Tovuz rayonundakı “N” saylı hərbi hissədə xidmət edən Bəhruz özünün yüksək fərdi keyfiyyətləri, verilən bütün tapşırıqları vaxtında və dəqiq yerinə yetirməklə komandanlığın hörmətini qazanmışdı. Erməni xislətinə daha yaxından bələd olduqca gənc əsgərin ürəyində bu naxələf düşmənlərə qarşı olan kin və nifrət hissi daha da artırdı. O da yağı tapdağında olan yurd yerlərimizin azad olmasını arzulayır, müharibə olarsa cəbhəyə birinci gedənlərdən olacağını söyləyirdi.

Uşaqlıqdan idmana həvəsi vardı Bəhruzun, elə orta məktəb illərindən idmanın Qaydasız döyüş növü ilə məşğul olmuşdu. 2017-ci ildə ordu sıralarından tərxis olunduqdan sonra öz üzərində daha ciddi çalışmaqla bir sıra uğurlara da imza atmağı bacardı. O, müxtəlif çəki dərəcələri üzrə Respublika Çempionatı və Birinciliyində iştirak etmiş və diplomlarla mükafatlandırılmışdı. Bununla yanaşı Gürcüstan və Çeçenistanda keçirilən idman turnirlərində də Azərbaycanı uğurla təmsil edərək vətənə yüksək ödüllərlə qayıdan idmançıya ixtisaslaşdığı idman növü üzrə müəllimlik fəaliyyəti ilə məşğul olmağa da icazə verilir. O, yaşadığı Qobu qəsəbəsində idman zalı açaraq, həvəsi olan uşaq və gənclərı ətrafına toplayır və onlara bu qədim döyüş növünün sirlərini öyrətməyə başlayır. Bəhruz müəllimliklə yanaşı öz üzərində də ciddi çalışımaqda davam edir və 2019-cu ildə Bakıda keçirilən qaydasız döyüş növü üzrə Respublika birinciliyində birinci yeri tutaraq “qara kəmər” ustası adına layiq görülür.

Lakin xalqımızın 2020-ci il sentyabrın 27-də başlanan haqq davası Bəhruzun da arzularını yarımçıq qoydu. O, müharibənin ilk günündən hərbi forma geyinərək cəbhə bölgəsinə yola düşdü. Cəbrayıl və Qubadlı uğrunda gedən ağır döyüşlərdə iştirak edərək düşmənlərdən günahsız qətlə yetirilən insanların qisasını ala bildi. O, döyüş meydanında cəsarətlə döyüşərək düşmənin çoxlu sayda canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsində iştirak etmişdir. Bəhruz yeri gələndə düşmənlə əlbəyaxa döyüşlərə atılmış, yaralı döyüş yoldaşlarının təxliyyə olunmasında, onlara vaxtında tibbi yardım göstərilməsində də xüsusi igidlik göstərmişdir.

...Azərbaycan əsgəri,

Cəbhənin köz yerində.

Düşmənlərin başına,

Od ələyir davada...

O, 20 oktyabr günü Qubadlı uğrunda gedən şiddətli döyüşlərin birində ağır yaralanaraq şəhidlik məqamına yüksəlmişdir. Doğulduğu Balakənd kəndində torpağa tapşırılan Əhmədov Bəhruz Səttar oğlu ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Allah rəhmət eləsin...

44 Günlük müharibə kimi tarixə düşən döyüşlərdə Azərbaycanın əsrlərcə pozulmuş sərhədləri yenidən bərpa edildi, Ordumuzun gücü bütün dünyaya bəlli oldu, xalq, dövlət və ordu arasındakı birlik müharibənin ədalətli taleyini həll etdi. Azərbaycan bir daha sübut etdi ki, töküllən hər damla qandan neçə-neçə igid göyərə bilər və bir də onun sərhəddini pozmağa heç kəsin cəsarəti çatmaz...

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-12

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK