adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Mart 2021 13:16
25933
MƏMLƏKƏT
A- A+

Cinli döyüşü - Akif Mirsiyaboğlu yazır

Xocalı işğal olunduqdan sonra müharibə yeni mərhələyə keçdi.Aeroport vasitəsilə Ermənistan tərəfindən silah sursat , canlı qüvvə ilə möhkəmləndirilmiş düşmən artıq Ağdam uğrunda mübarizə aparır , rayonu müxtəlif çaplı silahlardan intensiv atəşə tuturdu .Qeyri vaxtlar Ağdamın quru adından vahiməyə düşən , azğınlaşmış erməni dığaları bizə meydan oxuyurdular .Xocalının bu vaxta qədər ermənilərin əl qolunu bağlaması , bu səbəbdən genişmiqyaslı hücum əməliyyatları keçirə bilməməsi artıq hər bir kəsə aydın olmuşdu. Düşmən əlverişli mövqelərdən , yəni yerləşdikləri yüksəkliklərdən, asanlıqla hücuma keçən qüvvələrimizə müqavimət göstərirdi.Belə bir möhkəmləndirilmiş təbii istehkam , Xramort kəndi yaxınlığında olan Fərrux yüksəkliyi idi.Ermənilər oradan Ağdamı və yaxınlıqdakı kəndlərimizi atəşə tutur , dinc əhalini vahiməyə salır , evlərin dağılmasına , insan tələfatına səbəb olurdular . Bu baxımdan həmin yüksəkliyin götürülməsi zərurəti yaranmışdı.Belə ki , həmin yüksəklik düşməndən təmizlənərsə bu təhlükə aradan qalxar , gələcəkdə o istiqamətlərdə aparılacaq döyüş əməliyyatlarında əvəzsiz rol oynaya bilərdi.Həmin yüksəklikdən Xramortun , Xanabadın ,Qılıncbağı və Əsgəranın istənilən nöqtəsi oradan asanlıqla dəqiq hədəfə çevrilərdi. Ağdam rayon polis idarəsinin və tabeliyində olan post patrul xidməti alayının , yerli özünümüdafiə qüvvələri ilə , yüksəklik üğrunda apardıqları döyüş əməliyyatları arzu olunan nəticəni vermirdi.
Növbəti döyüş əməliyyatı zamanı yüksəklik ələ keçirilmişdi.Səhərə yaxın azsaylı qüvvə ilə yüksəkliyə hücum edən polis əməkdaşları , erməniləri vurub səngərlərindən çıxarmış , lakin köməyə gələn düşmən qüvvələri , orda yerləşən əməkdaşlarımızı əks hücumla səngərdən uzaqlaşdırmış , yüksəkliyi yenidən ələ keçirmişdilər .Bunun bir səbəbi isə oraya kömək üçün göndərilmiş qüvvələrimizin gecikməsi olmuşdu . Xocalının od alovundan sağ salamat çıxıb xidmətini Ağdam polisinin post patrul alayında davam etdirən qohumum Inqilab Ismayılov geri çəkilərkən şəhid olmuş , cəsədi erməni tərəfdə qalmışdı.

Isti bir yay günü daxili qoşunların komandanı , nazir müavini general Ramiz Məmmədovun rəhbərliyi ılə Cinli kəndi istiqamətində yüksəkliyə hücum etdik.Bir tərəfdən dağlarlara , digər tərəfdən isə Xaçın gölü ilə əhatə olunmuş , gənclik illərimin xoş xatirələr dolu , bir hissəsinin bağlı olduğu ,füsunkar təbiətə malik olan Cinli kəndi indi əsil döyüş meydanına çevrilmişdi .Ilk vaxtlar üğurla başlanan döyüş getdikcə ağırlaşırdı , ölən və yaralananlar vardı.Qəflətən düşmən artileriyası ilə qarşılaçan zirehli texnıkalarımızda zərər çəkmiş , Əlif adlı dostumuzun zirehli döyüş maşını dərəyə yuvarıanmış , ekipajı möcüzə nəticəsində xilas olmuşdu .Qərvənd uğrunda gedən döyüşlərdə şəhid olmuş , yaxın dostum ovşar balası rəhmətlik Əkbər Alıyev zarafatla Əlifə dedi ki , səni mınim ahım tutub , şöbənin qabağında neçə dəfə mənim jiqulimi əzmisən ,Əlifdə gülərək dedi ki , Əkbər narahat olma hələ sagam , yenədə əzəcəm.
Şairin qüdrətdən qalalı , səngərli dağlar misrası elə bil bu yüksəkliyə həsr olunmuşdu.Bir qədər aşağı kordinatla atılan top və raket mərmiləri sal qayalara dəyib partlayır , bir qədər yuxarı istiqamətdə atılan mərmilər isə düşmən səngərinin üzərindən üçüb meşəyə düşürdü.Düşmənə bu döyüş texnikaları ilə zərbə yendimək , müqavimətini qırmaq mümkün olmurdu . Yüksəklikdə olan düşmən mövqeyini vurmaq üçün uyğun gələn minaatan silahı yox idi.Zirehli texnika ora qalxa bilmir , atılan mərmilərdən isə fayda yox idi.Piyadaların hücumu isə hər dəfə növbəti itkilərlə dayandırılırdı.Qısa fasilə zamanı kəndin kənarında olan qoz ağacının altında siqaret çəkirdik.

Bu zaman çox yaşlı bir nurani qoca bizə yaxınlaşdı .Komandiriniz kimdir ay oğul , məni onun yanına aparın dedi.Qocanı , dilxor halda mərmi yeşiyinin üstündə əyləşən generalın yanına gətirdik.Salamlaşandan sonra qoca dedi :Oğlum o vaxt türk qoşunu bura gələndə balaca uşaq idim , Xaçın çayının kənarında quzularımızı otarırdım.Türklərdə bax sizin kimi erməniyə burdan hücum etdilər , gördülər dağı ala bilmirlər , burda muəyyən qədər qüvvə saxlayıb , əsas qüvvələri ilə Əliağalı kəndi tərəfdən Xaçın çayını keçib , meşə ilə gələrək arxa tərəfdən dağa hücum etdilər.Bundan sonra Fərrux dağını ala bildilər.Nədənsə nurani ağsaqqalın dediyini edən olmadı.Bir neçə dəfədə dağa qalxmaq cəhdləri nəticə vermədi , növbəti dəfə döyüş əməliyyatı nəticəsiz dayandırıldı.