adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Mart 2021 13:37
18782
MƏMLƏKƏT
A- A+

Yaralanandan beş ay sonra şəhid olan hərbçimiz dəfn olundu

Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq 5 ay sonra hospitalda vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü Cəfərov Babək Maxsus oğlunun nəşi doğulduğu Samux rayonunun Əlikənd kəndinə aparılıb.

APA-nın məlumatına görə, şəhid rayonun Qarayeri qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Samux Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanan B.Cəfərov 5 ay komada qalıb. İki övlad atası olan B.Cəfərov ötən gün vəfat edib.

Xatırladaq ki, B.Cəfərov Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.