SON DƏQİQƏ:

Kamal Abdulla Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

  35919   |  
Şriftin ölçüsü  

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee ilə görüşüb. Rektor səfiri rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu deyib. Kamal Abdulla bildirib ki, Azərbaycanda Pakistana böyük sevgi və hörmət var: “Vətən Müharibəsində Pakistanın Azərbaycana olan mənəvi dəstəyi bizim üçün çox qiymətlidir və mən universitetimizin kollektivi adından sizə təşəkkürümü bildirirəm. Sizin gəlişinizlə Pakistan universitetləri ilə əlaqələrimizin güclənəcəyinə ümid edirəm. Bizim dil, ədəbiyyat və digər istiqamətlərdə maraqlı layihələrimiz var. Mənə elə gəlir, biz Pakistandakı ali təhsil ocaqları ilə əməkdaşlıq etsək, bu, hər iki tərəf üçün çox maraqlı və faydalı olacaq”.

Rektor daha sonra ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında məlumat verib. Universitetdə 20-dən çox ölkənin dil və mədəniyyət mərkəzinin uğurlu işindən danışan Kamal Abdulla qeyd edib ki, universitetdə Pakistan dil və mədəniyyət mərkəzinin açılması planlaşdırılır: “Mərkəzin açılışı bizə bir çox istiqamətlərdə yeni perspektivlər açacaq. Elmi əməkdaşlıq, tələbə mübadiləsi və başqa mühüm istiqamətlər qarşımızda duran əsas perspektivlərdir. Düşünürəm ki, bu mərkəz Pakistanın Azərbaycanda ilk mədəni məkanı olacaq”.

O, daha sonra Bilal Hayeenə ADU-da fəaliyyət göstərən “Səfir saatı” layihəsi haqqında məlumat verib və ənənəvi dərslərin bərpasından sonra diplomatı tələbələrlə görüşə dəvət edib.

Bilal Hayee görüş təklifinə görə ADU-nun rektoruna təşəkkürünü bildirib və “Səfir saatı” layihəsində çıxış etməyi səbirsizliklə gözlədiyini deyib: “Azərbaycan Dillər Universitetində olmaq mənim üçün çox xoşdur. Qarşıdan Novruz bayramı gəlir. Fürsətdən istifadə edib sizi və kollektivinizi təbrik edirəm. Biz müəllimlərə çox böyük hörmətlə yanaşırıq. Onlara ata kimi baxırıq. Çünki onlar bizə doğru yol göstərirlər. Mənə bir pakistanlı müəllim zəng etdi ki, Azərbaycanda Pakistan mədəniyyət mərkəzini açmaq lazımdır. İndi isə siz dediniz ki, bu işi planlaşıdırırsınız. Bir müəllim təklif etdi, sizin simanızda başqa müəllim isə bu istiqamətdə bizə kömək edir. Mən çox şadam və bu məni hədsiz sevindirir. Azərbaycanla Pakistan arasında siyasi münasibətlər çox yüksək səviyyədədir. Əminəm ki, Azərbaycan Dillər Universitetində urdu dilinin tədrisi bizim xalqları bir-birinə daha da yaxınlaşdıracaq. Mərkəzin ilk urdu dili müəllimi mən özüm olacağam”.

Görüşdə ADU-nun elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova müxtəlif istiqamətlərdə universitetlərarası əməkdaşlıqla bağlı fikirlərini bölüşüblər.

Daha sonra səfir təhsil ocağında fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri ilə tanış olub.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 25 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK