adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Aprel 2021 11:22
28450
DÜNYA
A- A+

Rusiya Putin - Bayden görüşünə hazlırlaşır

Rusiya xarivi işlər nazirliyinin sözçüsü Mariya Zaxarova prezident Putinin ABŞ prezidenti Baydenlə görüşünə hazrlaşdıqlarını bildirib.
  
"Bildiyiniz kimi bu məsələ əsasən prezident administrasiyasının işinə aiddir. Biz öz tərəfimizdən üzərimizə düşən vəzivələri yerinə yetiririk"- deyə Zaxarova müsahibəsində bildirib.
  
Ağ Evdən verilən məlumatlara görə, Bayden Putinə yaxın aylarda sammit keçirməyi təklif edib. ABŞ administrasiyasının mətbuat xidmətinin  rəhbəri deyib ki, Cen Psaki ABŞ və Rusiya  prezidentlərinin görüş yeri barədə danışmaq hələ tezdir.
  
Rusiyslı senator Aleksey Puşkov amerikan prezidenti Co Baydenə məsləhət görüb ki, Vladimir Putinə görüşmək təklifi verməklə düşünməsin ki, Rusiyaya "minnət" qoyur. Senatorun fikirincə, Baydenin Putinə telefon zəngi, beynəlxalq arenada Rusiyanın mühüm rol oynadığından xəbər verir.
 
"Bayden görüşmək təklifilə bir daha təsdiq edir ki, Rusiya və Çinlə dialoq aparmadan ABŞ prezidenti aciz vəziyyətdə düşə bilər".
  
Prezidentlər arasında telefon danışığı dünən gecə, amerikan prezidentinin təşəbbüsü ilə baş tutub. Tərəflər yaxın aylarda neytral məkanda görüşərək, Moskva və Vaşinqtonun üzləşdiyi bir çox məsələləri müzakirə etməyi planlaşdırırlar.

Rüstəm Hacıyev