adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Aprel 2021 12:14
26835
MƏMLƏKƏT
A- A+

Müsəlmanları ikiyə bölürlər, sonra kənarda düşmən axtarırlar - Rauf Qərib Alagöz yazır

İLLƏRDİR MƏNİ BİR MƏSƏLƏ DÜŞÜNDÜRÜR

İranla Türkiyə arasında 1 saat yarım fərq var və Azərbaycan ikisinin arasında qalırsa, biz Ramazana nə vaxt başlamalıyıq?

Ümumiyyətlə niyə bütün müsəlmanlar Ramazana eyni gündə başlamır?

Arada 12 saat fərq yoxdur ki, deyəsən orda ay 1 gün sonra göründü, burda 1 gün tez. Aradakı 1 saat 1 gün fərqə necə səbəbiyyət verə bilər?

Nə edək biz?

Hansı düzdür?

Əvvəlcədən proqnoz verən Astronomiya, yoxsa mollaların ayı gözlə görməsi?

O deyir o səhvdi, bu deyir o səhvdi.

Ona görə də mən hər il Ramazana Türkiyə ilə başlayıb İranla bitirirəm ki, nə ondan olsun, nə bundan. 1 gün artıq tutaram, ən azından səhv etməmiş olaram.

Özləri müsəlmanları ikiyə bölürlər, sonra kənarda düşmən axtarırlar