adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Aprel 2021 13:26
26674
ELM VƏ TƏHSİL
A- A+

Rayon qeydiyyatında olanlar Bakıda oxuya bilər

“Bakı şəhərində daimi qeydiyyatı olmayan şəxslərin övladları paytaxtda birinci sinifə gedə bilərlər”.

Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnformasiya təminatı sektorunun müdiri Namiq Ağayev bildirib.

“Valideynlər paytaxtda əksər məktəblərə sorğu verərək uşağını məktəbə qəbul etdirə bilər. Həmin valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur”, - nazirlik rəsmisi qeyd edib.