adalet.az header logo
  • Bakı 17°C
26 Aprel 2021 16:09
26381
ELM VƏ TƏHSİL
A- A+

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru Xoreoqrafiya Akademiyasının  qonağı olub

Bakıda fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru İrek Zinnurov Bakı Xoreoqrafiya Akademiyasının (BXA) qonağı olub. 

Qonağı qəbul edən BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli akademiyanın  fəaliyyət istiqamətləri, elmi və akademik kadr potensialı, beynəlxalq əlaqələri, uğurları və əməkdaşlıq imkanları barədə məlumat verib. 

Bildirilib ki, Rusiya ali təhsil müəssisələri və BXA arasında tələbə-müəllim mübadilə proqramları, birgə konfranslar və layihələr həyata keçirmək olar. Görüş əsnasında BXA-nın beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi üçün qarşıdan duran planlar və yeni sazişlər haqqında da söhbət açılıb.

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru İrek Zinnurov isə öz növbəsində akademiya rəhbərliyinə səmimi qarşılanmaya görə təşəkkür edərək,  BXA-nın Rusiyanın ali təhsil müəssisələri  arasında əməkdaşlıq münasibətlərinin daha da inkişafı üçün dəstək göstərəcəyini vurğulayıb. Görüş zamanı yaxın gələcəkdə görülə biləcək ortaq tədbirlər haqqında da ətraflı fikir mübadiləsi aparılıb.

Sonda isə rusiyalı qonaqlar akademiyanın kitabxanası, ümumi orta məktəbi, orta ixtisas təhsil pilləsi ilə tanış olublar və dərs zallarında keçirilən ixtisas dərslərində iştirak ediblər.