SON DƏQİQƏ:

Müharibədən sonra intihar edən qazilərimiz – Siyahı

  25255   |  
Şriftin ölçüsü  

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Canını vətən üçün qurban verən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin haqqını heç vaxt ödəyə bilmərik.

 

Müharibənin ağır sınağından çıxıb gələn əsgərlərimiz var ki, döyüşlər zamanı aldığı psixoloji travmalardan həyatına qəsd etdilər. Asan deyil, yaxın dostunun, səngər yoldaşının mərmilərdən parçalanmış bədənini görmək, yanmış vücudunu izləmək....Onları başa düşürük. Qazilərin intiharı cəmiyyətdə müəyyən narahatlıq və narazılıqlara səbəb olur. Yəqin ki, tez-tez baş verən bu kimi halların qarşısı dərhal alınacaq. Adalet.az saytı xəbər verir ki, müharibədən sonra həyatına qəsd etmiş qazilərimizin sayı getdikcə, artır. Kiçik bir araşdırma nəticəsində həmin qazilərin bir neçəsini oxucularımıza təqdim edirik:

 

6 yanvar-Kəlbəcərin Zəylik kəndindən həqiqi hərbi xidmətdə olan əsgər Vüsal Musayev müalicə aldığı hərbi hospitalda intihar etdi.

 

7 yanvar- Abşeron rayon Sulutəpə qəsəbəsində yaşayan, hərbi xidmətdən yenicə qayıtmış 24 yaşlı Yunis Mənsurov intihar edib.

 

30 yanvar- Sumqayıtdan olan, Daxil Qoşunlarda xüsusi təyinatlı dəstələrdən birinin komandiri, 1989-cu il təvəllüdlü kapitan Məmmədov Alim Nazim oğlu Quba rayonunda ürəyindən tapança ilə atəş açaraq özünü öldürüb.

 

23 fevral - Daşkəsən rayonunun Pirverdilər kəndində baş verib. Vətən Müharibəsi iştirakçısı 1990-cı il təvəllüdlü Həsənov Fərman Fərhad oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

 

24 fevral- Yardımlı ayonun Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Rafiq oğlu Quliyev evinin bir neçə metr yaxınlığındakı meşədə özünü asaraq canına qəsd edib.

 

10 aprel- İmişli rayonun Ağcüyür kəndində 1995-ci il təvəllüdlü Qəhrəmanov İmdad Niyazi oğlu gecə saatlarında yaşayış məntəqəsinin yaxınlığındakı çöl sahəsində özünü asıb. hərbi sanitar olub,

Ötən gün 1998-ci il təvəllüdlü zabitimiz Türkiyənin Kara Harp Okulunun məzunu, evin isə tək oğlu ,Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Bölməsində xidmət keçən leytenant Nəbizadə Rüfət Ağayar oğlu Bakının Novxanı kəndi ərazisində intihar edib.

Allah hər birinizə rəhmət eləsin!

Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27, 25,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK